“Apple” ən bahalı brend olaraq qalır

“Apple” ən bahalı brend olaraq qalır
19 Okt 2019 16:36

Əqli mülkiyyətin qiymətləndirilməsində ixtisaslaşan "Interbrand" beynəlxalq konsaltinq şirkəti dünyanın ən bahalı brendlərinin növbəti illik reytinqini dərc edib. 1998-ci ildən tərtib olunan reytinqdə "Apple" şirkəti ardıcıl yeddinci dəfə birinci yeri tutub.

 

"ICTnews" Elektron Xəbər Xidməti "DailyComm" resursuna istinadən yazır ki, 2019-cu ildə "Apple" brendinin dəyəri 234,2 milyard dollar təşkil edib ki, bu da bir il əvvəldən 9 faiz çoxdur. "Google" şirkəti 167,7 milyard dollarlıq göstərici ilə ikinci pillədə qərarlaşıb. Bu göstərici 2018-ci ilin nəticəsini 8 faiz üstələyir.

 

Liderlər üçlüyünü il ərzində 24 faiz bahalaşaraq 125,3 milyard dollar olan "Amazon" brendi tamamlayıb. Sonrakı mövqelərdə "Coca-Cola" (brendin qiyməti 4 faiz – 63,4 milyard dollaradək ucuzlaşıb), "Samsung" (2 faiz - 61,1 milyard dollaradək artım), "Toyota" (5 faiz - 6,2 milyard dollaradək artım) və "Mercedes-Benz" (5 faiz - 50,8 milyard dollaradək artım) yer alıb.

 

Tədqiqat aparılan zaman "Interbrand" tərəfindən brendin dəyərinə təsir göstərən müxtəlif amillər nəzərə alınır. Onlar arasında məhsul və xidmətlərin satışı üzrə maliyyə göstəriciləri, əmtəə nişanının alıcı seçiminə təsir dərəcəsi və şirkətin gəlirlərinə ziyan vurmadan yüksək qiymətlər təyin etməyə imkan verən brendin gücü qeyd olunur.

 

"Interbrand" reytinqinə ilk dəfə "Dell Technologies" (63-cü yer), "LinkedIn" (98-ci yer) və "Uber" (87-ci yer) kimi texnoloji şirkətlər daxil edilib. Qeyd etmək lazımdır ki, məlumat sızması ilə əlaqədar qalmaqallar və sonradan tətbiq edilən böyük məbləğli cərimələr nəticəsində "Facebook" sosial şəbəkəsinin brendinin dəyəri 12 faiz ucuzlaşıb.

 

Ən sürətli artan brendlər kimi "Mastercard" ( 25 faiz) və "Salesforce" ( 24 faiz) göstərilib. 2019-cu ildə "Gucci" ( 23 faiz), "Starbucks" ( 23 faiz) və "Adobe" ( 20 faiz) brendləri də artım tempini yüksəldib.

 

Reytinq müəlliflərinin sözlərinə görə, son ildə ən dinamik sektor internet vasitəsilə mediakontentin istehsalı və yayılması ilə bağlı sektor olub. Texnoloji sahədə brendlərin dəyəri orta hesabla 9 faiz bahalaşıb ki, bu da məşhur məhsul istehsalçılarından ( 11 faiz) azdır.

 

Bu il 100 ən bahalı brendin ümumi dəyəri 2,13 milyard dollar təşkil edib ki, bu da 2018-ci ilə nisbətdə 5,7 faiz çoxdur. 26 şirkət illik hesablamada ikirəqəmli artım tempi nümayiş etdirib, "IBM" və "Intel" isə tənəzzülə uğrayıb.


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.