Prezident Milli Məclisə yeni qanun layihəsi göndərdi

Prezident Milli Məclisə yeni qanun layihəsi göndərdi
18 Okt 2019 17:30


Bu gün Milli Məclisin Ailə, qadın və uşaq  məsələləri komitəsinin növbəti iclası keçirilib. 

Realpress.az-ın xəbərinə görə, iclasda Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə daxil olmuş “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında Avropa Şurası Konvensiyasının təsdiq edilməsi barədə” qanun layihəsi müzakirə edilib.

Sənəd  Avropa Şurasının dövlət və hökumət rəhbərlərinin 3-cü Zirvə Toplantısında qəbul edilmiş Fəaliyyət Planına, “İnsan hüquq və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyaya, BMT-nin “Uşaq hüquqları haqqında” və “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” Konvensiyalara, eləcə də, digər beynəlxalq hüquq normalarına istinad olunaraq hazırlanıb.

Komitə sədri Aqiyə Naxçıvanlı bildirib ki, “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurasının Konvensiyası Azərbaycanın müvafiq bəyanatı ilə birlikdə təsdiq olunması üçün Milli Məclisə təklif olunur. Həmin bəyanat Prezidentin İlham Əliyevin qərarı ilə verilib.  

Bəyanatda qeyd olunur ki, Konvensiyanın müddəaları Ermənistana münasibətdə Azərbaycan tərəfindən tətbiq edilməyəcək.

“Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə  Konvensiyanın müddəalarının həyata keçirilməsinə (həmin ərazilər işğaldan azad olunanadək) təminat verilmir”, - deyə bəyanatda bildirilir.

Bu bəyanatın 1-ci və 2-ci bəndinin müddəalarını istənilən zaman dəyişdirmək və ya ləğv etmək hüququnu Azərbaycan tərəfi özündə saxlayır.

Digər tərəflər hər hansı bu cür dəyişikliklər və ya ləğvetmələr haqqında yazılı şəkildə məlumatlandırılacalar.

Qanun layihəsi  Milli Məclisin  iclasına tövsiyə edilib.


21 Noy 2019
İqtisadiyyat

Azərbaycanda “Mi” tipli helikopterlərə texniki xidmət mərkəzinin yaradılması müzakirə edildi

Azərbaycanda “Mi” tipli helikopterlərə texniki xidmət mərkəzinin yaradılması müzakirə edildi

20 Noy 2019
İqtisadiyyat

Mikayıl Cabbarov MDB Vergi Xidmətləri rəhbərlərinə sədrlik edəcək

Mikayıl Cabbarov MDB Vergi Xidmətləri rəhbərlərinə sədrlik edəcək

19 Noy 2019
İqtisadiyyat

Türkiyənin avtomobil ixrac etdiyi ölkələr arasında Azərbaycan birincidir

Türkiyənin avtomobil ixrac etdiyi ölkələr arasında Azərbaycan birincidir

18 Noy 2019
İqtisadiyyat

Bu ayın sonunda TANAP-ın ikinci hissəsinin açılışı keçiriləcək

Noyabrın 30-da Trans-Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) Avropaya qaz ötürüləcək ikinci hissəsinin (Faza-1) açılış mərasimi keçiriləcək.