Dünyada “5G” şəbəkəsinin sürətli tətbiqi proqnozlaşdırılır

Dünyada “5G” şəbəkəsinin sürətli tətbiqi proqnozlaşdırılır
18 Okt 2019 15:50

“CCS Insight” şirkəti beşinci nəsil mobil rabitə şəbəkəsinin (5G) yaxın illərdə sürətli tətbiqini proqnozlaşdırır. Mütəxəssislərin qiymətləndirməsinə görə, 2022-ci ildə bütün dünyada “5G” şəbəkələrinə qoşulmaların sayı 1 milyarda çatacaq, 2024-cü ildə onların sayı 2 milyardadək artacaq, 2025-ci ildə isə 3 milyardı ötəcək.

 

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, 2020-ci ildə Çin ən böyük “5G” bazarı olacaq. Beşinci nəsil şəbəkələrinin sürətlə qurulması və milli ambisiyalar onun ölkədə rekord templərlə yayılmasına xidmət edəcək. Proqnoza görə, 2025-ci ildə Çində “5G” qoşulmaları 1,2 milyard və ya qlobal sayın 40 faizini təşkil edəcək.

 

Bildirilir ki, Avropa yeni texnologiyanın mənimsənilməsinə əhəmiyyətli töhfə verəcək. Hazırda Avropa “5G”nin yayılması baxımından digər regionlardan geri qalsa da, yeni nəsil kommersiya şəbəkələri artıq İspaniya, Böyük Britaniya, İsveçrə, Almaniya, İtaliya, Rumıniya və Latviyada işə salınıb.

 

Digər regionlarda olduğu kimi, “5G” şəbəkələrinin əhatə dairəsinin genişləndirilməsi, mobil qurğuların qiymətinin ucuzlaşdırılması və cəlbedici tarif planlarının yaranması “5G”nin Avropada tətbiqi üçün əsas hərəkətverici qüvvə olacaq. “CCS Insight” şirkətinin proqnozuna görə, 2025-ci ildə burda “5G” qoşulmalarının sayı yarım milyardı ötəcək.

 

Qeyd edək ki, “5G” sahəsində ən optimist proqnoz bu yaxınlarda “TSMC” şirkəti tərəfindən verilib. Onun qiymətləndirməsinə görə, 2020-ci ildə “5G” şəbəkəsini dəstəkləyən smartfonların qlobal tədarük həcmi 300 milyon ədədə yaxınlaşacaq.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.