Millimizə viza verilmədi, dünya çempinatından kənarda qaldı - ÖZƏL

Millimizə viza verilmədi, dünya çempinatından kənarda qaldı - ÖZƏL
17 Okt 2019 16:09


Azərbaycanın mini futbol komandası Yunanıstanda keçirilən yarışa gedə bilməyib.

realpress.az-ın əldə etdiyi xəbərə görə, Elşad Əhmədovun baş məşqçisi olduğu milli Beynəlxalq Sokka Federasiyasının ikinci dəfə təşkil etdiyi dünya çempionatına hazırlaşsa da, gedə bilməyib.

Millimiz 40 komandanın iştirakı ilə Yunanıstanın Krit adasında keçirilən turnirin püşkatması zamanı dördüncü səbətdə yer alıb. Həmin səbətdə millimizlə yanaşı, Uels, Türkiyə, İrlandiya, Qazaxıstan, Kipr və Macarıstan da olub.

Hətta avqustun 27-də keçirilmiş püşkatma zamanı Azərbaycanın A qrupunda mübarizə aparması dəqiqləşib. Bu qrupda millimiz meydan sahibi Yunanıstan, Misir, Latviya və Meksika ilə birgə mübarizə aparmalı imiş.

Lakin əldə etdiyimiz məlumata görə, komandamız bir ildir hazırlaşdığı turnirə Bakıdakı Yunanıstan Səfirliyinin viza verməməsi səbəbindən yollana bilməyib. Nəticədə, təşkilatçılar A qrupunda millimizin yerinə Çili komandasını daxil etməli olub.

Qeyd edək ki, bu yarış oktyabrın 12-dən start götürüb və 20-də başa çatacaq. İlk dünya çempionatı ötən ilin sentyabrında Portuqaliyanın paytaxtı Lissabonda keçirilib. Almaniyanın dünya çempionu olduğu həmin yarışda Azərbaycan millisi mübarizə aparmayıb.  


23 Apr 2024
İdman

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə ilə liderlik

Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.

23 Apr 2024
İdman

Azərbaycanın üç boksçusu Avropa çempionatında günü qələbə ilə başa vurdu

Azərbaycanın üç boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatının beşinci günündə çıxışını qələbə ilə başa vurub.

23 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatının ikinci günündə gümüş medal qazanıb.

23 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycan boksçusu erməni rəqibini məğlub etdi - VİDEO

Azərbaycan boksçusu Anaxanım İsmayılova Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.

22 Apr 2024
İdman

Azərbaycanın cüdo millisi Avropa Kubokunda dördüncü olub - FOTO

Azərbaycanın cüdo yığması İtaliyanın Liqnano şəhərində gənclər arasında keçirilmiş Avropa Kubokunda ümumi hesabda 4-cü, oğlanlar arasında isə 2-ci yeri tutub.