"Bu gün çox gözəl bir gün idi" - Xalq artistlərimiz Ərdoğanla

"Bu gün çox gözəl bir gün idi" - Xalq artistlərimiz Ərdoğanla
16 Okt 2019 16:58

Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanla fotolarını paylaşıblar.

Realpress.az xəbər verir ki, onlar ölkəmizdə səfərdə olan Türkiyə prezidentinin qatıldığı tədbirdə səhnəyə çıxıblar.

Konsertdən sonra şəkil çəkdirən Məmmədova bacıları fotonu sosial şəbəkədə paylaşıblar və fotoya bu şərhi veriblər:

"Türkiyənin prezidenti cənab Təyyib Ərdoğanla konsertdən sonra gözəl şəkillər cəkdirdik. Bu gün çox gözəl bir gün idi".

Qeyd edək ki, oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilib. Sonra Prezident İlham Əliyevin adından Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçılarının şərəfinə ziyafət verilib. Daha sonra konsert proqramı olub.

R.T.Ərdoğan sözügedən tədbirdə iştirak etmək üçün ölkəmizdə səfər etmişdir.


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.