Smartfonun yüksək iş qabiliyyətini qoruyan sadə üsul açıqlanıb

Smartfonun yüksək iş qabiliyyətini qoruyan sadə üsul açıqlanıb
16 Okt 2019 15:59

İstifadəçilər pis keyfiyyətli fotoşəkillərə görə smartfonun yaddaş tutumunun 20 faizini itirirlər. Qurğunun məhsuldarlığını belə şəkilləri silməklə artırmaq mümkündür. Bu barədə “Avast” şirkətinin tədqiqatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “RIA Novosti” resursuna istinadən yazır ki, ekspertlər tərəfindən dünyanın 45 ölkəsində “Avast Cleanup” proqram təminatının 6 milyona yaxın istifadəçisinin anonim məlumatlarının təhlili aparılıb. Məlumatlar 2018-ci ilin dekabrından 2019-cu ilin iyununadək olan dövr ərzində toplanılıb.

 

Tədqiqatçıların hesablamalarına görə, istifadəçilər qurğularda orta hesabla 952 fotoşəkil saxlayırlar. Bunun təxminən 22 faizi isə pis keyfiyyətə malikdir: bulanıq, qaranlıq və ya təkrarlanan təsvirlər. “WhatsApp”da təqribən 292 şəkil saxlanılır: ekran şəkillərinin orta sayı 86 təşkil edir. Belə fotoşəkillər mütəmadi silinsə, smartfonun yaddaş tutumunun təxminən 20 faizini boşaltmaq olar.

 

“Avast” şirkətinin Rusiya və MDB üzrə nümayəndəliyinin rəhbəri Aleksey Fyodorov bildirib ki, yaddaş tutumunun çatışmazlığı smartfonun işləmə keyfiyyətinə təsir göstərir.

 

“Lazımsız şəkilləri silmək vərdişi qurğunun yüksək iş qabiliyyətini qorumaq üçün ən sürətli, sadə və pulsuz üsuldur”, – o əlavə edib.

 

Tədqiqata görə, telefonlarda ən az fotoşəkili 18-24 yaşlı cavanlar, daha çoxunu (mindən çox) isə 25-44 yaşlı istifadəçilər saxlayır. Bundan başqa, qadın istifadəçilərin smartfonlarında ümumilikdə 1053, kişilərdəkində isə 851 fotoşəkil saxlanılır.

Realpress.az



18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.