Azərbaycan Parlamentlərarası İttifaqda Türkiyəyə qarşı qətnamə layihəsinin əleyhinə səs verib

Azərbaycan Parlamentlərarası İttifaqda Türkiyəyə qarşı qətnamə layihəsinin əleyhinə səs verib
15 Okt 2019 17:15

Milli Məclisin deputatları Şahin İsmayılov, Kamran Bayramov, Sona Əliyeva və Kamran Nəbizadədən ibarət parlament nümayəndə heyəti Parlamentlərarası İttifaqın Serbiyanın paytaxtı Belqrad şəhərində "Beynəlxalq hüququn möhkəmləndirilməsində parlamentlərin rolu və mümkün mexanizmlər, regional əməkdaslığın töhfəsi" mövzusunda keçirilən 141-ci Assambleyasında iştirak edirlər.

Realpress.az xəbər verir ki, Milli Məclisdən Trend-ə verilən məlumata görə, tədbirdə Dünyanın 154 ölkəsindən 1700 nəfərdən çox nümayəndə iştirak edir.

Oktyabrın 13-də Assambleyanın Qadın Parlamentarilərin Forumunda qanunvericilikdə gender ayrı-seçkiliyinin aradan qaldırılması mövzusunda müzakirələr aparılmışdır. Forumda Azərbaycan nümayəndə heyətinin üzvü Sona Əliyeva çıxış edərək 101 il əvvəl Azərbaycanda qadın hüquqularının İstiqlal bəyannaməsində təsbit olunduğunu qeyd etmişdir. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qadın hüquqularının müdafiəsi sahəsində görülmüş işlər, son illər ərzində ölkəmizdə qadın hüquqları və gender bərabərliyi ilə bağlı qəbul olunmuş qanunlar barədə ətraflı məlumat vermiş, Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərinin işğalı nəticəsində azərbaycanlı qadın və uşaqların hüquqlarının pozulması faktını iştirakçıların diqqətinə çatdırmışdır.

Assambleyanın oktyabrın 14-də keçirilən və gənclər siyasəti təcrübəsi, bu sahədə əldə edilmiş uğurlar, mövcud problemlərin həlli perspektivləri və gələcəkdə görüləcək işlərə həsr olunan Gənc Parlamentarilərin Forumunda nümayəndə heyətimizin üzvü, Milli Məclisin Gənclər və İdman komitəsinin sədr müavini Şahin İsmayılov iştirak etmişdir. O, Azərbaycanda həyata keçirilən gənclər siyasətinin uğurları, gənclərlə iş sahəsində əldə olunmuş təcrübə, bu sahədə həyata keçirilən layihələr barədə məlumat vermiş, həmkarlarını maraqlandıran sualları cavablandırmışdır.

Həmin gün Assambleyanın gündəliyinə təcili bənd qismində daxil edilməsi və bu yığıncaqda müzakirə olunaraq qəbul edilməsi məqsədilə Hindistan tərəfindən "İqlim dəyişikliyi problemlərinin həlli", Fransa, Almaniya, Böyük Britaniya, İsveçrə və Misir tərəfindən "Mülki əhalinin müdafiəsi, beynəlxalq təhlükəsizlik, Türkiyənin Suriyada hərbi əməliyyatlarının dayandırılması", Türkiyə tərəfindən "Terrorçuluğa qarşı mübarizədə və Suriyada davam edən münaqişənin həlli prosesində Qərb ölkələrinin ikili standartları", Peru tərəfindən isə "Peruda demokratik prinsiplərə hörmət və demokratik sistemin bərqərar olunması" adlı qətnamə layihələri irəli sürülərək səsə qoyulmuşdur. Digər nümayəndə heyətləri ilə yanaşı, Azərbaycanın nümayəndə heyəti də səsvermədə iştirak edərək, hər zaman olduğu kimi, Türkiyənin layihəsini dəstəkləmiş, ona qarşı irəli sürülmüş qətnamə layihəsinin isə əleyhinə səs vermişdir. Səsvermə nəticəsində Hindistanın təklifi zəruri səs çoxluğu yığaraq, Assambleyanın gündəliyinə daxil edilmişdir.

Assambleyanın işində ölkəmizin Serbiyadakı səfiri Eldar Həsənov da iştirak edir.


29 Mar 2024
Siyasət

Ankarada Azərbaycan Evi açılıb

Ankarada Keçiören Bələdiyyəsinin nəzdində yerləşən Esterqon Muzeyində Azərbaycan Evi açılıb.

29 Mar 2024
Siyasət

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

29 Mar 2024
Siyasət

Keçmiş məcburi köçkünlərin daha bir qrupu doğma Füzuli şəhərinə qayıdır - VİDEO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

29 Mar 2024
Siyasət

Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər - VİDEO

Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri Sahibə Qafarova və Alen Simonyan mayın ortalarında növbəti görüşlərini keçirəcəklər.