Vilayət Eyvazov mayoru işdən çıxardı - Nöqsanlara görə

Vilayət Eyvazov mayoru işdən çıxardı - Nöqsanlara görə
15 Okt 2019 16:39

Daxili İşlər naziri Vilayət Eyvazov mayoru işdən çıxarıb.

Realpress.az unikal.org-a istinadən xəbər verir ki, vətəndaş Quliyev Bulud İnqilab oğlunun Daxili İşlər Nazirliyinə şikayətindən sonra nazir, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, Bakı Şəhər Baş Polis idarəsində araşdırma aparılıb. Araşdırmadan sonra işində yol verdiyi ciddi nöqsanlara görə, Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis Bölməsinin tədqiqatçısı, polis mayoru Əliyev Zamiq Elxan oğlu vəzifəsindən azad edilərək, sərəncama götürülüb.

Vətəndaş Bulud Quliyev şikayətinə operativ və obyektiv baxıldığı üçün Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazova və Bakı Şəhər Baş Polis idarəsinin rəisi, polis general-mayoru  Mirqafar Seyidova öz minnətdarlığını bildirib. 


19 Apr 2024
Cəmiyyət

Zaur Mikayılov Zaqatalada vətəndaşlarla görüşüb

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Zaqatala Suvarma Sistemləri İdarəsinin inzibati binasında Zaqatal, Balakənvə digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

19 Apr 2024
Cəmiyyət

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonla danışdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb.

19 Apr 2024
Cəmiyyət

Aprelin 20-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.