Ərdoğan Suriyada döyüşmək istəyən azərbaycanlı dünya çempionuna cavab verdi - VİDEO

Ərdoğan Suriyada döyüşmək istəyən azərbaycanlı dünya çempionuna cavab verdi - VİDEO
15 Okt 2019 16:06

9 qat Dünya, 3 qat Avropa çempionu Araz Musayev 14 oktyabr 2019-cu il tarixdə Türkdilli Dövlətlərin Sammitində iştirak etmək üçün Bakıya gələn Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Realpress.az xəbər verir ki, Araz Musayev Türkiyə Prezidentinə xatırladıb ki, ötən görüşlərinin birində o, Türk xalqının, onun yolunda şəhid olmağa hazır olduğunu bildirmişdi. İndi həmin məqam yetişib, Türkiyə Ordusu terrorçularla qəhrəmancasına mücadilə aparır.

Araz Musayev bu günlərdə Qarabağ qaziləri ilə birgə Türk xalqına dəstək məqsədilə "Barış çeşməsi" əməliyyatında terrorçulara qarşı Türkiyə Ordusunun sıralarında bir minbaşı kimi mehmetciklərlə çiyin-çiyinə mücadilə etmək üçün Türkiyənin Azərbaycandakı səfirliyinə müraciət etdiyini vurğulayıb və buna hazır olduğunu söyləyib.

Rəcəb Tayyib Ərdoğan isə bu barədə məlumatlı olduğunu və məmnunluğunu ifadə edib və Araz Musayevə deyib: "Biz gedərik, Siz də gələrsiniz".


19 Apr 2024
Cəmiyyət

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonla danışdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb.

19 Apr 2024
Cəmiyyət

Aprelin 20-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.

19 Apr 2024
Cəmiyyət

Kəlbəcər dağlarının əhatəsində futbol keyfi - VİDEO

İşğaldan azad olunan Kəlbəcərdə tikinti işçilərinin futbol oynamaları diqqət çəkib.