SpaceX, NASA ilə Ticarət Komanda Proqramının inkişafını müzakirə etmək üçün bir tədbir təşkil etdi. SpaceX şirkətinin baş direktoru Elon Musk NASA-nın SpaceX texnologiyasını tədbirdə istədiyi hər kəslə paylaşa biləcəyini açıqladı.
Realpress.az techland.az-a istinadən bildirir ki, SpaceX və NASA-nın tərəfdaşları olduğu Ticarət Komanda Proqramına, NASA astronavtlarının SpaceX vasitələri ilə kosmosa daşınması işləri daxildir. NASA-nın icraçı direktoru Jim Bridenstine, bu yaxınlarda SpaceX-in Ticarət Komanda Proqramını ciddi qəbul etməməkdə ittiham etdi.
Elon Musk, NASA icraçı direktoru Jim Bridenstine üçün, "Jim ilə çox açıq danışdım və SpaceX-in məlumatlarının mülkiyyət sayılmaması lazım olduğunu çox açıq şəkildə bildirdim. Rəqiblərimizdən hər hansı biri istifadə edə bilər. Tamamilə pulsuzdur." dedi.
Musk, SpaceX-in, NASA uyğun gördüyü kimi, əqli mülkiyyətini sərbəst şəkildə paylamaq üçün masada olduğunu qeyd etdi. Elon Musk dedi, "mən açıq olmaq istəyirəm, NASA bütün intellektual mülklərimizi NASA-nın istədiyi hər kəslə bölüşə bilər".
Jim Bridenstine, NASA-nın bu sərbəstliyi yüksək qiymətləndirdiyini, lakin nəzərə alınacaq potensial paylaşımda məhdudiyyətlərin olduğunu söylədi.
Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.
Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.
Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.