Ərdoğan NATO-nu seçim qarşısında qoyub: Siz bizimləsiniz, yoxsa terrorçularla?

Ərdoğan NATO-nu seçim qarşısında qoyub: Siz bizimləsiniz, yoxsa terrorçularla?
15 Okt 2019 08:48


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təşkilat nizamnaməsinin beşinci maddəsinə zidd olaraq hərbi blokun Ankaraya kömək etməməsində NATO-nu günahlandırır. O, ittifaq üzvlərinin hərəkətsizliyinin Türkiyənin NATO-da yeganə müsəlman ölkəsi olması ilə əlaqədar ola biləcəyini bildirib:

“Biz terror təşkilatı tərəfindən təhdid altındayıq. Təşkilatın beşinci maddəsinə uyğun olaraq NATO bizimlə olmalıdır. Siz bizimləsiniz, yoxsa terrorçularla? Konkret cavab verilmir”.

Ərdoğan Almaniya kansleri Angela Merkel və İngiltərə Baş naziri Boris Consonla telefon danışığından da söz açıb. Türkiyə liderinin sözlərinə görə, xarici həmkarları “yanlış məlumatların təzyiqi altındadır”.

Xatırladaq ki, oktyabrın 9-da Ankara Suriyada “Barış pınarı” hərbi əməliyyatının başladığını elan edib.

19 Apr 2024
Siyasət

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb.

19 Apr 2024
Siyasət

Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”

“Biz çalışırıq ki, kanak xalqının məsumiyyətini qoruyaq. Lakin Fransanın apardığı siyasət kanak xalqının mədəniyyətini, mənəvi dəyərlərini qorumağa imkan vermir”.

18 Apr 2024
Siyasət

Rəşad Nəbiyev Ağdaşda vətəndaşları qəbul edib

Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Ağdaş şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

18 Apr 2024
Siyasət

Azərbaycan Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Azərbaycan Milli Məclisi və Yeni Kaledoniyanın Konqresi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb.