2000-dək şəxsə ünvanlı sosial yardımın ödənilməsi dayandırılıb

2000-dək şəxsə ünvanlı sosial yardımın ödənilməsi dayandırılıb
14 Okt 2019 15:44

Artıq 2000-dək şəxsə ünvanlı sosial yardımın ödənilməsi dayandırılıb.

Realpress.az Trend-ə istinadən xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, bu gün təqribən 70 min ailəyə ünvanlı sosial yardım ödənilir, bu isə 280 min insanı əhatə edir.

S.Babayev əlavə edib ki, elektron auditlər zamanı ünvanlı sosial yardım təyinatından sonra qısa müddət ərzində bir sıra şəxslərin əmək müqavilələrinin ləğv edilməsi, sosial sığorta ödənişlərinin həyata keçirilməməsi və digər şübhəli hallar meydana çıxır:

"Məsələn, ən son meydana çıxan hallardan biri budur ki, bir fiziki şəxsin imzaladığı əmək müqavilələri nəticəsində onunla muzdlu əmək müqaviləsinə malik 170-dən çox şəxs ünvanlı sosial yardım alır.

Yəni bir fiziki şəxs, bir kiçik şirkət çərçivəsində 170 ünvanlı sosial yardım alan şəxsin olması və onlarla imzalanmış əmək müqaviləsinin 3-5 gün, 1 həftə sonra ləğv edilməsi birbaşa onu göstərir ki, elektron sistemlərə saxta informasiyalar ötürülür".

Nazir saxta yollarla ünvanlı sosial yardım almağa başlamış şəxslərlə bağlı tədbirlərin görüləcəyini vurğulayıb.

6 Avq 2020
İqtisadiyyat

Manatın MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı 6 avqust tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

5 Avq 2020
İqtisadiyyat

“Brent” markalı neftin bir barelinin qiyməti 45 dolları keçdi

“Brent” markalı neftin bir barelinin qiyməti martın 6-dan sonra ilk dəfə 45 dolları keçib.

5 Avq 2020
İqtisadiyyat

Azərbaycan beynəlxalq təşkilatlardan kredit istəyir? - RƏSMİ

“Koronavirus pandemiyasının iqtisadiyyata mənfi təsirlərinə baxmayaraq, Azərbaycan beynəlxalq qurumlardan kredit alınması üçün müraciət etməyib”.

5 Avq 2020
İqtisadiyyat

Azərbaycanlı dənizçilər Livan hökuməti tərəfindən təxliyyə edildi - RƏSMİ

Livanın paytaxtı Beyrutdakı limanda ammonium-nitrat saxlanılan anbarda baş vermiş və 100-dən çox şəxsin həlak olmasına, minlərlə insanın yaralanmasına səbəb olmuş partlayışlarda xəsarət alanlar arasında azərbaycanlılar yoxdur.

5 Avq 2020
İqtisadiyyat

Azərbaycan nefti bahalaşıb

Dünya bazarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb.