Bakıda türkdilli ölkələrin biznes forumu keçirilir

Bakıda türkdilli ölkələrin biznes forumu keçirilir
14 Okt 2019 15:26


Sabah Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VII Zirvə Görüşü çərçivəsində bu gün Azərbaycan paytaxtında türkdilli ölkələrin biznes forumu işə başlayıb.

Report xəbər verir ki, tədbir çərçivəsində bir sıra sənədlərin imzalanması nəzərdə tutulur.

Belə ki, Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, Qazaxıstanın baş nazirinin müavini Berdibek Saparbayev, Qırğızıstanın iqtisadiyyat naziri Sancar Mukanbetov və Türkiyənin ticarət naziri Ruhsar Pekcan “Müxtəlif iqtisadi zonalar arasında məlumat və təcrübə mübadiləsi” mövzusunda Anlaşma Memarandumuna imza atacaqlar.

Bundan başqa, Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) Macarıstanın Ticarət və Sənaye Palatası, Qazaxıstan Sahibkarlarının Milli Palatası, Qırğızıstanın Ticarət və Sənaye Palatası ilə əməkdaşlığa dair memorandum, İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) isə Macarıstanın İxracın Təşviqi Agentliyi ilə Anlaşma Memarandumu imzalayacaq.

Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanın TDƏŞ ölkələri ilə ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövrünə nisbətən 32% çox olub. 

Realpress.az

31 May 2020
İqtisadiyyat

Dövlət Neft Fondunun Fransadakı investisiya portfeli açıqlandı

“Fransa bazarında ölkəmizin ən iri investoru qismində Azərbaycanın Dövlət Neft Fondu (ARDNF) çıxış edir. Toplam olaraq investisiya portfeli 2,1 milyard ABŞ dolları təşkil edən bu məbləğ ARDNF tərəfindən sabit gəlirli qiymətli kağızlar, pul bazarlarına, səhmlərə və daşınmaz əmlaka yönəldilib”.

31 May 2020
İqtisadiyyat

Azərbaycan neftinin həftə ərzindəki orta qiyməti açıqlandı

Bu həftə ərzində (25-29 may) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin orta qiyməti dəyişməyib.

28 May 2020
İqtisadiyyat

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir

Mayın 28-də səhər dünyada neft qiymətlərində ucuzlaşma müşahidə olunub.

27 May 2020
İqtisadiyyat

Emin Hacıyev: “Regionların inkişafı Şamaxının timsalında yeni mərhələyə keçir”

“Pandemiyanın yaratdığı mürəkkəb şəraitə, iqtisadiyyata mənfi təsirlərinə baxmayaraq, Azərbaycan sosial əhəmiyyətli layihələri fasiləsiz olaraq davam etdirir. Prezident İlham Əliyevin Şamaxı rayonuna səfəri bir daha göstərdi ki, müəyyən olunmuş prioritetlər hətta fors-major şəraitdə də dəyişməz olaraq qalır”.

27 May 2020
İqtisadiyyat

Azərbaycan nefti bahalaşdı

Dünya bazarında Azərbaycan neftinin qiyməti bahalaşıb.