Çində Marsın tədqiqi üçün raket nümayiş edilib

Çində Marsın tədqiqi üçün raket nümayiş edilib
14 Okt 2019 15:10

Çin Aerokosmik Elm və Texnika Korporasiyası (CASC) Mars planetinin tədqiqi üçün göndəriləcək “Mars 1” kosmik gəmisinin ilk şəklini dərc edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, yerli KİV-in məlumatına görə, tədqiqatçıların iki il sonra Qırmızı planetə göndərilməsi nəzərdə tutulur.

 

Alimlər qeyd edir ki, Marsın tədqiqi üzrə missiya üç mərhələdən ibarət olacaq. Kosmik gəmi Qırmızı planetin ətrafında dövrə vurduqdan sonra eniş edəcək, daha sonra ora baxış keçirəcək.

 

Hazırda Çinin Qobi səhrasında Marsdakı landşaftın və həyat şəraitinin imitasiyası üçün baza düşərgəsi qurulub.

 

Məlumata görə, kosmik gəminin sərnişin tutumu 60 nəfər təşkil edəcək. Onun bünövrəsi ağ, qübbəsi isə gümüşü rəngdədir. Bundan başqa, gəmi doqquz modul, o cümlədən yaşayış və dispetçer otaqları, istixana və hava şlüzü ilə təchiz edilib.

 

Qeyd edək ki, “SpaceX” şirkətinin təsisçisi İlon Mask da Mars və Aya yük və sərnişinlər daşıyacaq çoxdəfəli kosmik gəminin prototipini təqdim edib. Sahibkarın sözlərinə görə, raketin sərnişin tutumu 100 nəfər təşkil edir.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.