Azərbaycanda 4 günlük iş həftəsi tətbiq ediləcək? — Açıqlama

Azərbaycanda 4 günlük iş həftəsi tətbiq ediləcək? — Açıqlama
14 Okt 2019 14:46

"Hazırda Azərbaycanda 4 günlük iş həftəsinin tətbiqi gündəmdə deyil".

Realpress.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

O qeyd edib ki, qısaldılmış iş günləri kompleks məsələdir: "Bu, ölkənin məşğulluq və əmək bazarında ciddi təsir edə bilər. Azərbaycanda əmək haqqı aylıq əsasla müəyyən edilir. 4 günlük iş həftəsi müzakirə edilən ölkələrdə isə saatbaşı əsas götürülür. Bizdə iş gününün azaldılması əmək haqqına təsir edə bilər. Bu, əmək haqqından, əmək bazarından irəli gələrək əmək resurslarının yaratdığı əlavə dəyərədən asılı olaraq müəyyən edilə bilər".

Nazirin sözlərinə görə, gələcəkdə istənilən məsələ kimi bu da müzakirə oluna bilər.


23 Apr 2024
Cəmiyyət

Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

Aprelin 23-ü Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür. 

23 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən xeyli silah-sursat tapılıb.

23 Apr 2024
Cəmiyyət

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb - FOTO/VİDEO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.