İmmuniteti gücləndirən dərman varmı? – Pediatrdan AÇIQLAMA

İmmuniteti gücləndirən dərman varmı? – Pediatrdan AÇIQLAMA
14 Okt 2019 12:48

""Doktor, bizim uşağımıza immunitetini gücləndirmək üçün müalicə yazın. Heç olmasa, vitaminlər filan təyin edin".

Qəbuluma ilk dəfə gələn valideynlərin müraciətləri bu şəkildə olur. Mən o cür dərmanlar təyin etmirəm. Çünki bütün dünyada elə bir dərman yoxdur".

E-tibb.az bildirir ki, bunu pediatr-infeksionist Həmid Hacıağayev açıqlayıb.

 

"Siz doğrudan da düşünürsünüz ki, immuniteti gücləndirən möcüzəvi dərman var, lakin həkim onu sizdən gizlədir? Yaxud həkimin heç o cür dərmandan xəbəri yoxdur?

Vitaminlərə gəldikdə isə, onlar yalnız orqanizmdə az olduğu zaman təyin edilirlər. Bunu isə anamnezə (simptom və kliniki təzahürlərə) və laborator müayinələrin cavabına uyğun olaraq təyin edirik", deyə mütəxəssis bildirib.

Pediatr qeyd edib ki, immunitet keçirilmiş yoluxucu xəstəliklərin fonunda əmələ gəlir: "Təbii ki, uşaq körpə ikən və xəstə uşaqlarla və ümumiyyətlə, insanlarla təmasda olmadığı müddətcə daha az xəstələnir. Bağça və məktəbə getməyə başlayandan sonra daha da çox xəstələnəcək. Və bu, normaldır".

Mütəxəssis deyib ki, əgər övladınıza yardım etmək istəyirsinizsə bunlara əməl edin:

1. Onu sağlam qida ilə bəsləyin

2. Təmiz havada çox gəzdirin

3. Yuxu problemlərini aradan qaldırın

4. Fiziki aktivliyini (idman) artırın

5. Mənəvi rahatlığını təmin edin (yanında mübahisə etməyin).

H. Hacıağayevin sözlərinə görə, immunitet uşağın əhval-ruhiyyəsindən və ailənin aurasından çox asılıdır.

Ruhən rahat olan uşaqlar problemli ailələrin uşaqlarına nisbətdə daha sağlam olurlar: "Əgər uşağınızın "immunitetini gücləndirmək" adı ilə dərmanlar təyin edirlərsə, qəbuluna getdiyiniz insanın yaxşı həkim olub-olmadığını bir daha ağlınızdan keçirin".



28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.