Məşhur aktyor öldü

Məşhur aktyor öldü
12 Okt 2019 11:30


Amerikalı aktyor Robert Forster 78 yaşında vəfat edib.

Bu barədə “The Hollywood Reporter” xəbər yayıb.

Bildirilib ki, o, oktyabrın 11-də Los-Ancelesdə beyin xərçəngindən ölüb.

Robert Forster karyerasına 1967-ci ildə başlayıb. Aktyora ən çox uğur gətirən Kventin Tarantinonun “Jackie Brown” filmindəki Maks Çerri rolu olub. Aktyor bu rola görə “İkinci planda oynayan ən yaxşı kişi rolu” kateqoriyası üzrə “Oskar” mükafatı alıb.

Aktyorun filmoqrafiyasında 30-dan çox rolu var: “Qara çuxur”, “Sam əmi”, “Psixo”, “Dinozavrların müharibəsi”, “Olimpin düşüşü”, “Sahib olduqları” filmləri və “Çətinliyə baş vurmaq”, “Əkiz zirvələr: Qayıdış” kimi seriallarda rol alıb.

Qeyd edək ki, aktyorun son filmi Eda Qalbreyt rolunu canlandırdığı “Çətinliyə baş vurmaq” serialı olub. 

19 Apr 2024
Dünya

Qazaxıstan və Qırğızıstan prezidentləri müttəfiqlik əlaqələrinin genişləndirilməsi barədə razılıq əldə ediblər

Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi haqqında” Saziş imzalayıblar.

19 Apr 2024
Dünya

Türkiyə XİN İsraillə İrana çağırış edib

Türkiyə Xarici İşlər Nazirliyi İsraillə İranı daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.

19 Apr 2024
Dünya

Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO

Pakistanın paytaxtı Kəraçidə baş verən partlayış nəticəsində azı üç nəfər xəsarət alıb.

19 Apr 2024
Dünya

Türkiyədə çökən qızıl mədənində ölənlərin sayı artdı - FOTO

Türkiyənin Ərzincan şəhərinin İliç rayonunda qızıl mədəninin yerləşdiyi geniş ərazidə torpaq sürüşməsi zamanı itkin düşən doqquz işçidən daha birinin cəsədi tapılıb.

19 Apr 2024
Dünya

Rusiya Dnepropetrovsk vilayətini atəşə tutdu: Ölən və yaralananların sayı artdı - YENİLƏNİB + FOTO/VİDEO

Rusiyanın Dnepropetrovsk vilayətini atəşə tutması nəticəsində ölən və yaralananların sayı artıb.