Lalədən gözlənilməz qərar: “Sağ göstərib, sol vurdu” - YENİLƏNİB+FOTO/VİDEO

Lalədən gözlənilməz qərar: “Sağ göstərib, sol vurdu” - YENİLƏNİB+FOTO/VİDEO
12 Okt 2019 09:33


“Maşın”da daha bir mübarizə günü başa çatıb. 

realpress.az xəbər verir ki, şounun aparıcısı Murad Dadaşov bugünkü səsverməyə “stop” deyib.  

Tamaşaçıların Lalə Mustafayevaya göndərdiyi səslərin faizi 58,61% olub.

Beləliklə, Lalə şoudakı iştirakını davam etdirir. Mustafayeva oyunda onu saxlayan tamaşaçılara müraciət edərək, hədəfinin adını açıqlayıb.  

“Bütün tamaşaçılara minnətdaram. Şounun əvvəlində söylədiyim və işlətdiyim sözlərə görə, hamıdan üzr istəyirəm. Çox həyacanlı idim şou boyunca. Amma güvəndiyim insan mənə bunları etməməli idi. Hədəfim Türkan Vəlizadədir”.

Şounu tərk edən müğənni Türkan Vəlizadə oyundan çıxmasını bu cür şərh edib: “Yaxşılığıa yaxşılıqla cavab vermək lazımdır. Bil ki, səni də belə vuracaqlar. Mən şounun çox güclü iştirakçısı idim”.  

Beləliklə, şou boyunca Mustafayeva üçün səs istəyib, ona dəstək çıxan Türkan üçün “Maşın əldən getdi”, həm də məhz elə Lalənin əli ilə.  

Finala isə saylı günlər qalıb. “Maşın” şousu altı iştirakçı ilə sabah 22:00-da yenidən qaldığı yerdən davam edəcək. 


11 oktyabr, 23:34

Hədəfini dəyiş, Lalə! 

realpress.az xəbər verir ki, bu sözləri aparıcı Zümrüd Qasımova deyib.  

Lalə isə cavabında hədəfinin mütləq dəyişəcəyini bildirib.  

Maraqlıdır ki, müğənni Türkan Vəlizadə Lalənin şəklini qutuya atdığını boynuna alıb. Bunu eşidən Mustafayeva əsəblərinə hakim ola bilməyib.  

O, yenə də üzünü iştirakçılara tutaraq düzgün addım atmadıqlarını bildirib.  

Niyam Salami Lalə Mustafayevanın hədəfinin ona istiqamət götürdüyünü iddia edib.  

Lalə isə “Niyam aləmi qatmısan bir-birinə” deyib. 

Aparıcı sözlərinə belə davam edib: “Suna xanım sizdən üzr istəyirəm. Yaxın bilib belə bir şey dedim. Mən sizi dinlədim və başa düşdüm. Özüm çıxaram, amma sizi heç vaxt. Hədəfimi dəyişirəm”.  

Niyam söhbətə qarışıb: “Hədəfin mən idimsə, Sunanı niyə çıxardırdın? Elə açıq de ki, mənim hədəfim Niyamdır”.  

Beləcə, Lalə Mustafayeva hədəfinin müğənni Niyam Salami olduğunu bildirib. 


23:01

Mənim xoş niyyətli olduğumu tamaşaçılarım bilir. Düzdür, Lalə buna inanmasa da, mən onun xoş niyyətli olduğunu bilirəm və şouda qalması üçün səs istəyirəm.  

realpress.az xəbər verir ki, bu sözləri aparıcı Suna Kasımoğlu söyləyib.

Lalə isə bu ifadələrin qarşılığında təəcübünü gizlədə bilməyib. O, Sunanın çıxışını üz ifadələri ilə qeyri səmimi kimi qiymətləndirib.  

Daha sonra söz Lalə Mustafayevaya verilib. O, hədəfinin kimliyini açıqlayıb: 

“Hədəfim aparıcı Suna Kasımoğludur. Rica edirəm, məndən heç kəs inciməsin. Amma Türkiyədə bu cür yarışma olsaydı, onlar azərbaycanlı iştirakçını on birinci efirə qədər saxlamazdılar”.  

Suna isə üzünü Laləyə tutaraq “sən məni oyundan çıxarda bilərsən” söyləyib.  

Nədənsə, şouda iştirakçılar Lalənin şəklini qutuya atdıqlarını gizlətməyə çalışıblar. Mustafayeva isə çaşqınlıq içində “Siz nə edirsiz? Siz məni tamaşaçılar qarşısında pis vəziyyətə qoyursuz. Belə çıxır ki, şəkillərimi qutuya Murad Dadaşov atıb?”, - deyərək etiraz edib.  

Lalə Mustafayeva daha sonra işlətdiyi Sunay və Türkiyə ilə bağlı yanlış ifadələrə görə üzr istəyib. 

22:37

Bu saatdan etibarən “Maşın” realiti şousunun “Maskarad” adlı sürətinin on birinci səs-küylü və mübarizə dolu gecəsinə start verilib.  

realpress.az xəbər verir ki, yeddi məşhur, yəni beş xanım və iki bəy dəyəri 50 min manat olan “Opel INSIGNIA” markalı avtomobil uğrunda qızğın mübarizəyə başlayıblar.  

Şounun aparıcısı, Xalq artisti Murad Dadaşov yeddi iştirakçının səsverməsinin nəticələrini açıqlayıb. Şəkli üç nəfər tərəfindən qutuya atılan aparıcı Lalə Mustafayeva tribunaya çıxaraq, tamaşaçılardan oyunda qalması üçün səs istəyib:  

“Gözləmirdim ki, bu tribunaya mən də çıxaram. Burada çox üstümə gəlirdilər, çox danışırdılar, nəhayət mən də səsverməyə çıxdım. Əziz tamaşaçılar, sizdən səs gözləyirəm. Şouda qalmaq istəyirəm”.  

Daha sonra oyunda iştirak edən digər məşhurlara söz verilib.  

Müğənni Niyam Salami vəziyyəti belə şərh edib: “Laləyə hörmət edirəm. Heç yuxuma da girməzdi ki, Lalənin şəkli daha çox qutuya atılar”. 

Müğənni Türkan Vəlizadə də L.Mustafayevaya dəstək olub: “Lalə demişdi ki, mənim tamaşaçılarım zəif ola bilər. Mən isə deyirəm ki, Lalə, sən neçə illərin aparıcısısan və tamaşaçıların mütləq sənə dəstək olacaq. Mən də bu gün Laləyə dəstəyəm”.  

Aparıcı M.Dadaşovun “Hədəfiniz kimdir?” sualına aparıcı belə cavab verib: “Hazırda heç nə bilmirəm. Olduqca həyacanlıyam. Xəbərim belə olmadığı halda mənim şəklim atılıbsa, mən də hədəfimi şounun sonuna kimi açıqlamayacam”.  

Niyam Laləyə səslənərək, bu gün kişi oyunçulara (Niyam Salami, Ramal İsrafilov - red.) toxunulmazlıq statusunu verməsini rica edib.  


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.