Türkiyə ordusunun Suriyada keçirdiyi "Barış Pınarı" əməliyyatları zamanı həyatını itirən hərbçisi Əbdülhəmid Bilgen öz ad günü zamanı şəhid olub.
Realpress.az xəbər verir ki, bu barədə "Hürriyet" qəzeti yazıb.
Nəşrin yazdığına əsasən, 30 yaşlı çavuş Əbdülhəmid Bilgen Suriyanın Təl-Rifat şəhərindəki Türkiyə Silahlı Qüvvələrinə məxsus bazaya endirilən top mərmisi zamanı həyatını itirib.
Hava hücumu zamanı bazada daha 5 hərbçi də yaralanıb. Yaralı hərbçilər təcili yardımlarla Kilisdəki xəstəxanaya yerləşdirilib.
Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi haqqında” Saziş imzalayıblar.
Türkiyə Xarici İşlər Nazirliyi İsraillə İranı daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.
Pakistanın paytaxtı Kəraçidə baş verən partlayış nəticəsində azı üç nəfər xəsarət alıb.