İnstaqramda tanış olduğu qız Rafet el Romanı — ALDATDI

İnstaqramda tanış olduğu qız Rafet el Romanı — ALDATDI
11 Okt 2019 16:30

Türkiyəli müğənni Rafet el Roman səmimi etirafı ilə gündəmə düşüb.

Realpress.az xəbər verir ki, televiziya proqramlarının birinə qonaq olan müğənni səmimi söhbəti ilə maraq doğurub.

O, bir dəfə qadın tərəfindən aldadıldığını etiraf edib:

“İnstaqramda bir qadınla tanış olmuşdum. 3 ay boyunca biz yazışırdıq. Çox gözəl qadın idi. Yəni fotolarda çox gözəl idi. Hətta bu cür gözəl qadının indiyə qədər niyə təkdir sualı məni dərindən düşündürürdü. 3 aydan sonra onu bir qəhvə içməyə razı sala bildim. Aman Allahım, görüşə gələn qadınla fotolardakı qadının heç bir əlaqəsi yox imiş. Sən demə o başqa bir qadının şəkillərindən istifadə edirmiş. Ondan niyə belə etdiyini soruşduqda sizinlə tanış olub, ünsiyyət qurmaq istəyirdim- deyə cavab verdi. Sözsüz ki, mən onu acılamadım. Qəhvəmizi içib ayrıldıq”,- deyə səmimi etiraf edib.


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.