Bakıda DƏHŞƏT - 9 yaşlı uşaq küçədə transformatora girib yandı

Bakıda DƏHŞƏT - 9 yaşlı uşaq küçədə transformatora girib yandı
11 Okt 2019 15:03

Bakıda azyaşlı küçədə elektrik transformatorunda yanıq xəsarətləri alıb.

Realpress.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, Babək prospektində, "Azərişıq" ASC-nin Nizami Regional Enerji Təchizatı və Satışı İdarəsinin 6 min kv gərginliyində Komplektləşdirilmiş Transformator Məntəqəsində baş verib.

2010-cu il təvəllüdlü Əliyeva Zəhra Bayram qızı açıq qapıdan məntəqənin içərisinə daxil olaraq gərginliyə toxunub.

Hadisə nəticəsində Z.Əliyevanın sol yuxarı ətrafı, sol ayağının baş barmağı, sağ baldırı yanıb.

Yaralı 3-cü və 4-cü dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami rayon prokurorluğunda araşdırma aparılır.

24 Apr 2024
Dünya

Dünya beyin mərkəzlərinin nümayəndələrinin Qarabağa səfəri başlayıb - FOTO

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçılarının Qarabağ regionuna səfəri başlayıb.

24 Apr 2024
Dünya

Hadrutdan ürəkaçan görüntülər - VİDEO

İşğaldan azad olunmuş Hadrutda yenidənqurma işləri davam edir.

24 Apr 2024
Dünya

Tonqada 5,4 maqnitudalı zəlzələ baş verib

Tonqa Krallığının sahillərində 5,4 maqnitudalı zəlzələ qeydə alınıb.

24 Apr 2024
Dünya

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

24 Apr 2024
Dünya

Qırğızıstanda daşqın - Ölənlər var - VİDEO

Milli.Az bildirir ki, aprelin 20-dən indiyədək Qırğızıstanın Oş, Batken, Cəlalabad və Talas vilayətlərində güclü yağışlar səbəbindən 46 sel baş verib.