“Ölü” öz dəfnindən sonra evə qayıtdı

“Ölü” öz dəfnindən sonra evə qayıtdı
11 Okt 2019 13:21


İndoneziyanın Şərqi Yava əyalətinin sakini öz cənazəsindən sonra evinə qayıdıb.

Bu barədə “AsiaOne” məlumat verir.

Qarışıqlıq sənədsiz motosiklet sürən adamın öldüyü qəza ilə başlayıb. Tanınmaz hala düşən meyitin kimliyini müəyyənləşdirmək mümkün olmadığı üçün ölənin şəxsiyyəti motosikletə görə təyin olunub. Belə ki, polis onun Sunarto adlı 40 yaşlı inşaatçıya aid olduğunu müəyyən edib.

Qalıqlar dəfn üçün Sunartonun yaxınlarına verilib.

Cənazədən yeddi saat sonra Sunarto evinə qayıdıb. Kişinin dediyinə görə, o, öz ölümünü iş yoldaşlarından öyrənib. İnşaatçı üç ay əvvəl Variim adlı şəxsdən borc aldığını və zəmanət olaraq öz motosiklini ona verdiyini deyib. O güman edir ki, qəzada ölən Variimdir.

Variimin qohumları yanlışlığı biləndə qəbri qazaraq meyiti götürməkdənsə, baş daşındakı adı dəyişdirməyi üstün tutublar.

18 Apr 2024
Dünya

Qazaxıstanda daşqınlar nəticəsində 7 nəfər ölüb.

18 Apr 2024
Dünya

Rusiyada neft anbarının yaxınlığında güclü yanğın baş verib - VİDEO

Rusiyanın Voronej vilayətində neft anbarı yaxınlığında güclü yanğın baş verib.

18 Apr 2024
Dünya

Ukraynanın Çerniqov şəhərinə raket hücumu nəticəsində ölən və yaralananların sayı artıb

Çerniqovda aprelin 18-i səhər saatlarına olan məlumata görə, dünənki raket hücumu nəticəsində 18 nəfər ölüb, 77 nəfər yaralanıb. Yaralılar arasında dörd uşaq da var.