Məşhur cərrahdan həzm sistemini gücləndirən TƏBİİ ÜSULLAR

Məşhur cərrahdan həzm sistemini gücləndirən TƏBİİ ÜSULLAR
11 Okt 2019 12:33

Həddindən artıq stress, qeyri-sağlam qidalanma, antibiotik istifadəsi kimi amillər bağırsaq florasını pozur.

Bu da depressiyadan tutmuş diabetə qədər bir çox xəstəliklərin üzə çıxmasına şərait yaradır.

Publika.az xəbər verir ki, türkiyəli cərrah Fatih Kar son illərdə ən çox müzakirə edilən prebiyotiklər və probiotiklər haqqında məlumat verib. O, bildirib ki, bağırsaqlar həqiqətən də bədənin ikinci beyin funksiyasını daşıyır.

 

"100 milyon sinir hüceyrəsi olan bağırsaqlarda yerləşmiş mikroorqanizmlərin əksəriyyətinə mikrob deyilir. Mikrobiologiya təxminən üç yaşından sonra formalaşamağa başlayan və özünəməxsus quruluşda olan orqandır. Bu, bədənin sağlamlığı üçün çox vacibdir. Bədəndə tarazlıq pozulmağa başlayanda, bədənimizin demək olar ki, hər yerində, xüsusən həzm sistemində xəstəlik yaranmağa başlayır".

Həzm sistemindəki mikroorqanizmlərin sağlamlıq üçün əhəmiyyətini qeyd edən həkim sözlərinə belə davam edib:

"Həzm sistemində yaşayan mikroorqanizmlər onun normal fəaliyyəti üçün vacibdir və immunitet funksiyalarına çox əhəmiyyətli təsir göstərir. Bu zaman probiotiklər və prebiotiklər mühüm rol oynayır. Probiotiklər canlı bakteriya və mayada olur. Prebiotiklər bu mikroorqanizmlərin inkişafı üçün zəruri olan həzm edilməyən qida komponentləridir.

Bir çox araşdırmalar göstərir ki, probiyotiklər həzm fəaliyyətini və qidalardan alınan müəyyən vitamin və mineralların udulmasını yaxşılaşdıra bilər, həmçinin bağırsaq hərəkətlərinin tənzimlənməsinə kömək edir. Qəbizlik, iltihablı bağırsaq xəstəlikləri, infeksiyalar və laktoza intolerasiyasının qarşısının alınması, qaraciyər və böyrəklərə düşən yükün azaldılmasında, immunitet sisteminin güclənməsində təsirli ola bilər.

Probiotiklər müxtəlif qidaları həzm etməklə yanaşı bədənimiz üçün faydalı maddələrin ifraz olunmasına da kömək edir. Odur ki, hər gün ayran, ev qatığı, kələm və xiyar turşusu, kefir, kəsmik kimi qidalara üstünlük verin. Xüsusilə, tez-tez stress keçirən insanların bağırsaqlarında probiotik bakteriyaların sayı azalır.

Gündə 1-2 stəkan kefir və ya probiotik qatıq yemək tövsiyə olunur. Probiotiklər bağırsaq florasını tənzimləyir, həzm pozğunluğunun qarşısını alır, infeksiya və antibiotiklərin səbəb olduğu ishalın qarşısını alır, immuniteti gücləndirir, bağırsaq sisteminin fəaliyyətini normaya salır, eyni zamanda soyuqdəymə və qripin qarşısını alır".

Realpress.az


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.