Dəhşətli qəddarlığın təfərrüatı: İplə ata bağladılar, oğlunu və özünü döydülər, sonra sürüdülər - FOTO/VİDEO

Dəhşətli qəddarlığın təfərrüatı: İplə ata bağladılar, oğlunu və özünü döydülər, sonra sürüdülər - FOTO/VİDEO
10 Okt 2019 14:14


Goranboyda qadının ata bağlanaraq sürüdülməsinin təfərrüfatı bilinib.

Goranboy Rayon İcra Hakimiyyətinin Əlirzalı kənd icra nümayəndəsi Nizadil Hüseynov realpress.az-a açıqlamasında bildirib ki, Sahilə Ələkbərova qonşusu tərəfindən döyülüb:

“Qonşunun atı digər qonşunun həyətinə keçib. Daha sonra məlum olub ki, at qonşunun həyətindədir və dalaşıblar. Onlar üç nəfər olub. Sahilə Ələkbərovanın əl-ayağını kəndirlə bağlayıb, küçədə sürüyüblər.

Bu zaman səs-küyə qonşular gəlib və qadını onların əllərindən alıblar. Sahilə Ələkbərova hazırda xəstəxanadadır”.

Sahilə Ələkbərovanın həyat yoldaşı Xaliq Bayramovun sözlərinə görə, hadisə barədə ona qonşuları məlumat verib:

“Qonşu mənə zəng etdi ki, yoldaşın ölür, gəl. Getdim ki, qonşular arvadımı onların əlindən xilas edib. At küçədə otlayırmış, həyat yoldaşım onu gətirməyə gedirmiş. Bu zaman qonşu atı öz həyətlərinə salıb.

Daha sonra atın ipini yoldaşımın əlinə dolayıblar. Anası əlindən tutub, oğlu və qızı ağacla döyüblər. Bizim onlarla 6-7 ildir ki, münasibətimiz yoxdur”.

X.Bayramov qeyd edib ki, həyat yoldaşı ilə yanaşı, oğlu da döyülüb:

“Uşağımın da qolundan vurublar”. 

Döyülən Sahilə Ələkbərova isə bildirib ki, səhər tezdən atı gətirmək üçün gedib və o zaman döyülüb:

“Atı gətirmək üçün gedəndə gördülər, mən gəlirəm, atı içəri saldılar və mənə hücum etdilər.  Yıxdılar məni və əllərimi bağlayıb, döydülər. Qonşular səsə gəlib, məni əllərindən aldı”.



İlhamə Əbülfət

N.Quliyev

21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.