Azərbaycanda daha bir qadına qarşı vəhşilik: Ata bağlayıb sürüdülər - YENİLƏNİB

Azərbaycanda daha bir qadına qarşı vəhşilik: Ata bağlayıb sürüdülər - YENİLƏNİB
10 Okt 2019 12:30


Səhiyyə Nazirliyi Goranboyda ata bağlanaraq sürüdülmüş qadın barədə məlumat yayıb.

Nazirlikdən realpress.az-a verilən məlumata görə, Goranboy rayonu Xanqərvənd kənd sakini 35 yaşlı qadın sağ bilək nahiyəsinin və sağ baldırın ön səthinin yumşaq toxumalarının sıyrılmış yaraları diaqnozu ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına gətirilib:

“Qadına lazımi tibbi yardım göstərilib, həyatı üçün təhlükə yoxdur. Fatkla əlaqədar hüquq-mühafizə orqanları məlumatlandırılıb”.

11:29

Goranboy rayonunda qonşular arasında dava olub.

realpress.az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Xanqərvənd kəndində qeydə alınıb. 

Kənd sakini, 1984-cü il təvəllüdlü Ələkbərova Sahilə Məzahir qızının qonşularla arasında yaranan mübahisə davaya çevrilib. Belə ki, qəzəbli qonşular onu döydükdən sonra ata bağlayıb sürüyüb. 

Ağır bədən xəsarətləri alan qadın ailə üzvləri tərəfindən xəstəxanaya çatdırılıb.

Goranboy Rayonu Mərkəzi Xəstəxanasından verilən məlumata görə, S.Ələkbərovanın vəziyyəti ağırdır. 

Fakt araşdırılır.


25 Apr 2024
Cəmiyyət

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.

25 Apr 2024
Cəmiyyət

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib

Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.