“Zelenski” Azərbaycan dilində danışdı və hər kəsi “Kvartal-95”in Bakıdakı konsertinə dəvət etdi - VİDEO

“Zelenski” Azərbaycan dilində danışdı və hər kəsi “Kvartal-95”in Bakıdakı konsertinə dəvət etdi - VİDEO
10 Okt 2019 11:49


Xüsusilə yaxşı yumor sevənlər üçün! Oktyabrın 24-də Heydər Əliyev sarayında Bakıda ilk dəfə postsovet məkanında məşhur olan “Kvartal-95 Studiyası”nın konserti keçiriləcək. Konsertin təşkilatçısı “Global Media Group” mediaholdinqidir. 

“Kvartal-95 Studiyası” yumoristik məzmunlu proqramlar hazırlayan Ukrayna şirkətidir. “95 Kvartal” Şən və Hazırcavablar Klubu komandası 2003-cü ildə “Kvartal-95” studiyası şirkətini yaradıblar. Onların əsas məqsədi orijinal yaradıcı ideyaların reallaşdırılması, öz televiziya layihələrinin və əyləncə şoularının istehsalı və tanıdılması idi.

“Zelenski” (parodiyaçı Yuri Veliki) bakılıları və şəhərin qonaqlarını oktyabrın 24-də baş tutacaq studiyanın konsertinə belə dəvət edib.

2006-cı ildə KİV üzrə beynəlxalq reytinq müsabiqəsində “Kvartal-95” studiyasının kollektivi “Televiziyada ən əyləncəli proqram” nominasiyası üzrə Ukraynanın jurnalistika sahəsində ali mükafatı olan “Zolotoye Pero”ya layiq görülüb. Şirkətin qurucusu və bədii rəhbəri Ukraynanın hazırkı Prezidenti Vladimir Zelenskidir.

8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.