Rusiyalı qubernator azərbaycanlı bloqerin cəzalandırılmasını istəyir - VİDEO

Rusiyalı qubernator azərbaycanlı bloqerin cəzalandırılmasını istəyir - VİDEO
09 Okt 2019 15:00


Samara vilayətinin qubernatoru Dmitri Azarov azərbaycan əsilli bloqer Hüseyn Həsənovun ən qısa vaxtda və sərt cəzalandırılmasını istəyib.

Realpress.az xəbər verir ki, Hüseyn Həsənovun gecə yarısı dostları ilə birgə keçirdiyi avtomobil yarışı qubernatorun qəzəbinə tuş gəlib.

Qubernator qeyd edib ki, gecə yarışı iştirakçılarının nümayişkaranə şəkildə qanunları pozması yeniyetmələri bu cür hərəkətlərə təhrik edir.

Qeyd edək ki, “gecə avtoxuliqanları” Samaradakı yarışı videoya çəkərək sosial şəbəkələrdə yayıb. 

Xatırladaq ki, məşhur bloqer Hüseyn Həsənov oktyabrın 6-da 12 avtomobildən ibarət karvanla Samara şəhərində gecə yarış keçirib.

H.Həsənov Rusiyada anadan olub, amma etnik azərbaycanlıdır. Bloqerlik fəaliyyəti ilə məşğul olan Hüseyn hazırda sahib olduqlarına görə elə özünə borcludur. Hüseyn Rusiyada ən populyar bloqerlərdən biridir.

Onun 11 milyondan çox “Instagram” izləyicisi var. Sosial şəbəkədə böyük auditoriyaya sahib olan Həsənov durmadan müxtəlif oyunlar keçirməklə sosial media hesablarını inkişaf etdirir. Hüseyn restoran işi ilə məşğul olur və şəxsi geyim markası var. Bakıya tez-tez baş çəkən H.Həsənov burada da gənclərin diqqət mərkəzində olan məşhurlardan biridir.

12 Dek 2019
Şou-biznes

Vəfa Zeynalovadan kədərli PAYLAŞIM — FOTO

Əməkdar artist Vəfa Zeynalova vəfat edən qardaşı haqqında paylaşım edib.

11 Dek 2019
Şou-biznes

Çalıquşunun Fəridəsindən — EVLİLİK AÇIQLAMASI

Məşhur aktrisa Aydan Şener qızı dünyaya gəldikdən sonra bir daha evlilik haqqında düşünmədiyini etiraf edib.

10 Dek 2019
Şou-biznes

Fərqanə Qasımovanın “Nəva” muğamı Fransada - VİDEO

Əməkdar artist, xanəndə Fərqanə Qasımova hazırda Parisdə qastroldadır.