Türkiyə ordusu əmr gözləyir - Hədəflər müəyyənləşib

Türkiyə ordusu əmr gözləyir - Hədəflər müəyyənləşib
09 Okt 2019 11:45

Türkiyə ordusu Suriya ilə sərhəd bölgəsində, Fərat çayının şərqində təhlükəsiz koridor formalaşdırmaq məqsədilə “Sülh çeşməsi” adı verilən əməliyyata hazırdır.

Realpress.az İHA-ya istinadən xəbər verir ki, əməliyyata başlamaq üçün əmr gözləyən Türkiyə ordusunun vuracağı hədəflər də artıq məlumdur.
Terrorçulara məxsus sığınacaq, tunellər, koordinatlar aparılan kəşfiyyat araşdırmaları ilə müəyyənləşdirilib.

Daha öncə Suriya ərazisində “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatları həyata keçirən Türkiyə əsgərlərinin bölgəni çox yaxşı tanıdığı və bu səbəbdən əməliyyatın uğurlu olacağına inanılır.

Xatırladaq ki, Türkiyə 2012-ci ildən etibarən Suriya ilə sərhəddə təhlükəsiz zonası yaratmaq istəsə də, geridə qalan 9 ildə buna nail ola bilməyib. Uzun danışıqlardan sonra ötən həftə Donald Tramp ABŞ əsgərlərini nəzarət məntəqələrindən geri çəkməyə razılıq verib. Bundan sonra Türkiyə ordusu sərhədi keçərək əməliyyata hazırlaşmağa başlayıb.

Türkiyə Cerablus-İraq sərhədi arasındakı sərhəd xəttində 35-40 kilometr dərinlikdə “təhlükəsizlik zolağı” yaratmaq niyyətindədir. Burada 1 milyon qaçqının yerləşdirilməsi üçün 10 qəsəbə və 5 min kəndin salınması nəzərdə tutulub. Bu qəsəbələrin hər birində 30 min, kəndlərin hər birində isə 5 min nəfər yerləşdiriləcək. Layihənin ümumi dəyəri isə 26 milyard dollardır.


25 Apr 2024
Dünya

Avro və rubl bahalaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

25 Apr 2024
Dünya

Çində daşqınlar son 100 ilin ən böyük fəlakətlərindən biri oldu - VİDEO

Çinin 127 milyon əhalisi olan Quandun əyalətindəki daşqın son 100 ilin ən böyük ikinci təbii fəlakəti hesab olunub.

25 Apr 2024
Dünya

Bayden üç ölkəyə hərbi yardım haqqında qanunu imzalayıb - VİDEO

ABŞ Prezidenti Cozef Bayden Ukraynaya hərbi yardım göstərilməsi haqqında qanun layihəsini imzalayıb.

25 Apr 2024
Dünya

İraq Prezidenti COP29-a dəvət olunub - FOTO/VİDEO

Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov Prezident İlham Əliyevin dəvət məktubunu İraq Prezidenti Əbdüllətif Camal Rəşidə təqdim edib.