Qax rayonunda baş verən partlayışla bağı cinayət işi açılıb.
Realpress.az-ın xəbərinə görə, araşdırma zamanı məlum olub ki, partlayış ələnən torpağın içərisində partlamamış partlayıcı maddə, yaxud hərbi sursatın partlaması nəticəsində baş verib.
Qeyd edək ki, hdisə “Pivə zavodu” deyilən ərazidə qeydə alınıb. Qax rayon Kommunal Müəssisələr Kombinatının işçiləri təxminən 2-3 il əvvəl həmin küçəyə tökülmüş torpağı ələkdən keçirərkən qəfildən partlayış baş verib.
Hadisə zamanı altı nəfər - 1993-cü il təvəllüdlü Beraşvili Sarpion Rapo oğlu, 1955-ci il təvəllüdlü Beraşvilli Rapo Sarpion oğlu, 2000-ci il təvəllüdlü Papiaşvilli Beka Zaza oğlu, 1998-ci il təvəllüdlü Nuraşvilli David Zaza oğlu və 1980-cı il təvəllüdlü Nuruşvili Tamazi Napoleon oğlu və 1975-ci il təvəllüdlü Zeynalaşvili Jamali Andro oğlu müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Qax rayon Polis Şöbəsində cinayət işi başlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.
Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb.
Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.