Anasının səsini eşidən Aysun göz yaşlarına hakim ola bilmədi - “Maşın”da kövrək anlar

Anasının səsini eşidən Aysun göz yaşlarına hakim ola bilmədi - “Maşın”da kövrək anlar
07 Okt 2019 07:41


“Maşın” şounun “Maskarad” adlı sürətində qalmaqallı və səs-küylü hadisələr son verilişdə anlarla yadda qalıb.
 
Realpress.az xəbər verir ki, avtomobil uğrunda mübarizə aparan 11 məşhurdan biri müğənni Aysun İsmayılova kövrək anlar yaşayıb. 
 
Aysunun Moskvada yaşayıb orada muğənnilik fəaliyyətini davam etdirən anası Rəqsanə İsmayılova studiyaya zəng edərək,  qızına dəstək olub. Anasının səsini eşidən Aysun göz yaşlarına hakim ola bilməyib.
 
“Murad Dadaşova təşəkkür edirəm ki, qızımı maşına laiq görüb və iştirakçı qismində onu şouya dəvət edib. Mən özümdə bu realiti-şouda iki dəfə iştirak etmişəm. Onun üçün də ordakı qayda-qanunlara bələdəm. Bir-birinizlə dava etməyin. Çünki şou bitəndən sonra bir-birinizlə üz-üzə gələcəksiz. Çalışın dostluq münasibətlərini pozmayasınız. Qızım Aysundan muğayat olun. Aysun ağlama, möhkəm olmalısan. Çünki sən Rəqsanə İsmayılovanın qızısan”, - deyə, müğənni bildirib.
 
Qeyd edək ki, ATV-də “Maşın” realiti-şouda sona qalan 11 məşhurun avtomobil uğrunda apardığı mübarizə davam edir.
 

29 May 2020
Şou-biznes

Nazpəri: “Silvester Stallonenin bağına getmişdim”

“Demək olar ki, 27 ölkə gəzmişəm. Amerikadan tutmuş Yaponiyaya kimi... Hətta Silvester Stallonenin bağına belə getmişəm”.

20 May 2020
Şou-biznes

Xalq artisti verilişə velosipedlə gəlib mərci uddu - VİDEO

Xalq artisti Səməd Səmədov Fatmayı kəndində yerləşən bağından “Xəzər” televiziyasına qədər velosipedlə gəlib.  

15 May 2020
Şou-biznes

Fədayə Laçın Moskvada üzə çıxdı: “Üç aya yaxındır ki, ev kirayələmişəm” - VİDEO

“Moskvaya köçməmişəm. “Novruz” bayramı ərəfəsində buraya konsertə gəldik. Üç-dörd proqramıla çıxış etdik, amma məlum səbəblərdən digər konsertləri keçirə bilmədik. Sərhədlər bağlandığından burada qalmalı olduq”.