“Microsoft Surface Pro” planşetinin yeni versiyası rəsmən təqdim edilib

“Microsoft Surface Pro” planşetinin yeni versiyası rəsmən təqdim edilib
04 Okt 2019 14:00

"Microsoft" korporasiyası "Surface Pro" seriyasına aid planşetin "Surface Pro 7" adlanan yeni modelini rəsmən nümayiş etdirib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "ITCua.www.itc.ua" resursuna istinadən yazır ki, "Microsoft Surface Pro 7" adi dizayn və əvvəlki ekran ölçüsünə (12,3 düym) malikdir. Tərəflərinin nisbəti 3:2 təşkil edən "PixelSense" displeyinin təsvir ölçüsü 2736х1824 pikseldir. Lakin planşetin daxili komponentlərində böyük dəyişikliklər edilib.  
 
Bildirilir ki, çoxdan gözlənilən yeniliklərdən biri "USB-C" portunun inteqrasiya edilməsidir. Qurğu yeni onuncu nəsil "Intel Core" prosessorlarından istifadəyə başlayıb. Sistem konfiqurasiyası 4, 8 və ya 16 giqabayt tutumlu operativ yaddaş və 128 giqabayt və 1 terabaytlıq quraşdırılmış yaddaşdan ibarət ola bilər.
 
Təqdimat zamanı böyük diqqət yenilənmiş "Surface Pen" elektron qələminin imkanlarına yetirilib. O, "Word" sənədlərini və "Excel" elektron cədvəllərini redaktə etməyə imkan verir.
 
Yeni "Microsoft Surface Pro 7" versiyası oktyabrın 22-dən etibarən satışa çıxarılacaq. İlkin sifarişi daha əvvəl vermək mümkündür. Planşetin ilkin konfiqurasiyalarla təchiz edilən versiyasının qiyməti 749 dollar təşkil edir.

Realpress.az


15 Okt 2019
İT

Dünyada ən sürətli enerji doldurma texnologiyasına malik telefon təqdim edilib

Çinin “Realme” şirkəti dünyada ən sürətli enerji doldurma texnologiyasına malik “X2 Pro” qabaqcıl smartfonunu təqdim edib. Bu haqda “Gizmochina” nəşri yazıb.  

15 Okt 2019
İT

“Sony” xəstələrin həyatını xilas etmək üçün 3D avadanlıq təqdim edib

"Sony" dünyada oyun konsolları, televizorlar və başqa rəqəmli texnika istehsalçısı kimi tanınır, lakin şirkət, həmçinin optik texnologiyalara xüsusi diqqət yetirir. "Sony" şirkəti Yaponiyada keçiriləcək "CEATEC 2019" konfransında yeni nəsil 3D kameralar təqdim etməyi planlaşdırır.

15 Okt 2019
İT

Rusiyada rəqəmli televiziyaya keçid başa çatıb

Rusiyanın bütün regionlarında analoq efir yayımı rəsmən dayandırılıb. Rəqəmli televiziya üçün yerüstü infrastrukturun yaradılmasına 80 milyard rubl sərf olunub. Bu barədə Rusiya Teleradio Yayımı Şəbəkəsinin baş direktoru Andrey Romançenko bildirib.

15 Okt 2019
İT

Azərbaycan və Özbəkistan arasında startaplar, innovasiyalar, yüksək texnologiyalar sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə ölkəmizdə səfərdə olan Özbəkistanın İnvestisiyalar və Xarici Ticarət naziri Sardor Umurzakov arasında görüş keçirilib.

15 Okt 2019
İT

EMEA regionunda kompüterlərin tədarükü 3 faiz yüksəlib

EMEA regionunda fərdi kompüterlərə tələbat artır. "Gartner" və "IDC" analitiklərinin məlumatı buna sübutdur.