Malayziyanın keçmiş kralı V Məhəmmədə yaxın mənbənin verdiyi məlumata görə, onun keçmiş həyat yoldaşı, “Miss Moskva 2015” titulunun sahibi Oksana Voyevodina boşandıqdan sonra ondan “astronomik” bir məbləğ tələb edib.
“Daily Maily” xəbər verir ki, gözəllik kraliçasının özü hələ məlumatın doğruluğunu təsdiqləməyib.
Anonim mənbələrə görə, Voyevodina sultandan Moskvada 1,2 milyon funt sterlinq (2,5 milyon AZN) dəyərində mənzil, Londonda 8 milyon funt sterlinq (16,8 milyon AZN) dəyərində ev və övladını saxlamaq üçün aylıq 24 min funt sterlinq (50,3 min AZN) pul tələb edib.
Qeyd edək ki, cütlüyün toyu 2018-ci ilin noyabrında baş tutub. Toydan sonra V Məhəmməd taxtdan imtina edib. Cütlüyün boşanması ilə bağlı məlumatlar bu il iyulun 17-də yayılıb. Bildirilib ki, kral həyat yoldaşı ilə iyulun 1-də rəsmən boşanıb.
TIR sürücüsü vurduğu maşını metrlərlə sürüdü
Nüsrət “əsər”ini 1 milyard 250 milyon dollara satışa çıxardı
Türkiyə Prezident Administrasiyasından ABŞ Senatının qondarma “erməni soyqırımı” qərarına sərt etiraz edərək, bunu məsuliyyətsiz hərəkət adlnadırıb. Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun ABŞ Senatının 1915-ci il hadisələrini "Erməni Soyqırımı" olaraq xarakterizə edən qətnamə layihəsinin qəbul edilməsinə etiraz edib.