Kolumbiyada 2018-ci ildə keçirilən seçkilərdə saxtakarlıq etməkdə günahlandırılan və 15 il müddətinə azadlıqdan məhrum olunan siyasətçi diş ağrısı adı ilə həbsxana keşikçiləri ilə bərabər xəstəxanaya aparılıb.
Aida Merlano adlı şəxs əlinə düşən bu fürsətdən istifadə edərək klinikadan qaçıb.
Hadisə paytaxt Boqota şəhərində baş verib. Məhkumun filmlərə bənzəyən qaçış anı isə təhlükəsizlik kameralarına düşüb.
Ölkədə Merlanonun ələ keçməsi üçün genişmiqyaslı əməliyyat başladılıb.
Kolumbiya Ədliyyə naziri isə məhkumun qaçdığı həbsxananın müdirini vəzifəsindən azad edib.
Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.
Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.
Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.