Çində “Samsung” şirkətinin smartfon istehsalı üzrə sonuncu zavodu bağlanıb

Çində “Samsung” şirkətinin smartfon istehsalı üzrə sonuncu zavodu bağlanıb
04 Okt 2019 11:07

“Samsung” şirkəti Çində smartfon istehsalı üzrə sonuncu zavodun fəaliyyətinin dayandırılması ilə bağlı qərar qəbul edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA www.4pda.ru” resursuna istinadən yazır ki, məlumata görə, 2013-cü ildə şirkətin Çinin mobil telefonlar bazarında payı 20 faiz təşkil edib. Hazırda bu rəqəm 1 faizədək azalıb. Altı min əməkdaşın çalışdığı müəssisədə 2017-ci ildə 63 milyon mobil telefon istehsal edilib. “Samsung” nümayəndələrinin sözlərinə görə, bütün avadanlıqlar digər bazarlara köçürüləcək.
 
Qeyd olunur ki, ölkənin Xueyçjou şəhərində yerləşən zavodun bağlanılması təkcə Cənubi Koreya şirkətinin biznesin aparılmasında səmərəliliyi artırmaq istəyi ilə deyil, eyni zamanda Çin və ABŞ arasında ticarət münaqişəsi fonunda narahatlıqla əlaqədardır. Bundan başqa, yerli iqtisadiyyatın zəifləməsi, dünyada smartfonlara tələbatın azalması və Çin zavodlarının işçiləri üçün xərclərin artması öz rolunu oynayıb. Bir müddət əvvəl “Samsung”un Tyantsin şəhərində yerləşən analoji müəssisəsi də fəaliyyətini dayandırıb.
 
Qeyd edək ki, oxşar strategiyanı hazırda “Sony” şirkəti də həyata keçirir. Belə ki, Yaponiya istehsalçısı Pekin zavodunu bağlayaraq istehsalı Tailanda köçürüb. “Apple” şirkəti də istehsalın şaxələndirilməsi üçün səylər göstərir. Yeni qlobal strategiyaya uyğun olaraq ABŞ şirkətinin rəhbərliyi bir neçə il ərzində zavodları Hindistan, İndoneziya, Malayziya və Meksikaya köçürməyi planlaşdırır.

Realpress.az


24 Fev 2020
İT

“5G” avadanlıq bazarında 71% illik artım gözlənilir

“Technavio” analitiklərinin proqnozuna görə, 2023-cü ildə beşinci nəsil (5G) şəbəkələri üçün qlobal avadanlıq bazarının həcmi 2019-cu illə müqayisədə 16,28 milyard dollar yüksələcək. Belə məhsullara sərf olunan xərclər təxminən hər il 71% artacaq.

24 Fev 2020
İT

“MasterCard” yeriş və ürək döyüntüsü ilə ödəniş etməyi təklif edir

“MasterCard” şirkəti yeriş, üz ifadələri və ürək döyüntüsünə görə şəxsiyyətin eyniləşdirilməsini tətbiq etməyi planlaşdırır.

24 Fev 2020
İT

“HAPS Alliance” yüksək hündürlükdə əlçatan internetin inkişafı ilə məşğul olacaq

Telekommunikasiya, texnologiya, aviasiya və aerokosmik şirkətlər qrupu "HAPS Alliance" adlı əməkdaşlıq yaradıblar. Onlar internetə çıxışı yaxşılaşdırmaq üçün stratosferdə yüksək hündürlükdə uçan aparatlardan istifadə texnologiyasını işləyib hazırlayacaqlar.  

24 Fev 2020
İT

Robot ilk dəfə mikrocərrahiyyə əməliyyatı keçirib

Niderlandlı alimlər tərəfindən təqdim edilmiş robot ilk dəfə uğurlu mikrocərrahiyyə əməliyyatı keçirib. Tədqiqatın nəticələrinə əsasən məlum olub ki, avtomatlaşdırılmış prosedurlardan sonra xəstələr daha sürətli şəkildə sağalırlar.

24 Fev 2020
İT

Ştutqart Aeroportunda ekzoskeletlər yükdaşıyanlara kömək edəcək (VİDEO)

Almaniyanın Ştutqart Aeroportunda xüsusi ekzoskeletlər yükdaşıyanların istifadəsinə verilib.