İranda Azərbaycan bayrağı ilə bağlı qalmaqal - VİDEO

İranda Azərbaycan bayrağı ilə bağlı qalmaqal - VİDEO
04 Okt 2019 10:10


İranda Azərbaycan bayrağı ilə bağlı qalmaqal yaşanıb.

realpress.az xəbər verir ki, oktyabrın 2-də İranda Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour of Iran” velosiped yarışı başlayıb. I mərhələsi Təbrizdə start götürən veloturda Azərbaycan yığma komandası da iştirak edir. 

Təqdimat mərasimi bizim üçün xoş olmayan hadisə ilə yadda qalıb. Belə ki, yarışda iştirak edən ölkələrin bayraqları içərisində Azərbaycan bayrağına nədənsə yer tapılmayıb.

Belə olduqda nümayəndə heyətimizin rəhbəri, Respublika Olimpiya Velosiped Məktəbinin direktoru Faiq Qurbanov Azərbaycan bayrağı tribunaya gətirilməyincə tədbirə qatılmayacaqlarını bildirib. Məhz bu tələbdən 40 dəqiqə sonra bayrağımız iştirakçı ölkələrin bayraqları ilə yanaşı qaldırılıb və həm komandamız, həm də nümayəndə heyətimiz təqdimat mərasimində iştirak edib.


29 Mar 2024
İdman

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıblar - YENİLƏNİB + FOTO

Bakıda kişi boksçular arasında ənənəvi “Böyük İpək Yolu” beynəlxalq turnirinin qalibləri müəyyənləşib.

28 Mar 2024
İdman

Azərbaycanın dörd boksçusu beynəlxalq turnirin finalına vəsiqə qazandı

Azərbaycanın daha dörd kişi boksçusu Bakıda keçirilən “Böyük İpək Yolu” beynəlxalq turnirinin finalına vəsiqə qazanıb.

27 Mar 2024
İdman

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

Avropa Oyunları 2027-ci ildə Türkiyənin İstanbul şəhərində keçiriləcək.

27 Mar 2024
İdman

Azərbaycan Kuboku: “Neftçi” qrup lideri kimi yarımfinala yüksəlib - FOTO

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda son iki oyun keçirilib.

26 Mar 2024
İdman

Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb

Bakıda qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turnirində yarımfinal mərhələsi başa çatıb.