HAMİLƏLİK ZAMANI DƏMİR DEFİSİTLİ ANEMİYA.

HAMİLƏLİK ZAMANI DƏMİR DEFİSİTLİ ANEMİYA.
03 Okt 2019 17:05

HAMİLƏLİK ZAMANI DƏMİR DEFİSİTLİ ANEMİYA.

Realpress.az Aptekonline.az-a istinadla bildirir ki. Dəmir Defisitli Anemiya (DDA) dünyada ən çox rast gəlinən qida pozulmasıdır və bütün növ anemiyaların 50%-ni təşkil edir. DDA-nın diaqnozu dəmir ehtiyatları və hemoqlobinin səviyyəsinin aşağı olmasını təsdiq edən məlumatlara əsaslanır. Hamiləlik dövründə anemiyanın rast gəlinməsi təxminən 42%-dır, Azərbaycanda 2016-ci ildə bu göstərici 40% olub.Hər il dünyada ana ölümlərinin 20-40% DDA ilə əlqələndirilir.

DDA-nın risk faktorlarına bol aybaşı qanaxmaları, hamiləlik,xüsusən təkrar olan, laktasiya dövrü, pubertant dövrdə intensiv boy artma, tərkibində dəmiri az olan qida qəbuludur.DDA-nın yaranma səbəbləri – xroniki qanitirmələr, dəmirin sorulmasının pozulması, dəmirə tələbatın artması və dəmirin alimentar çatışmazlığıdır.

Dəmirə olan sutkalıq tələblər. İnsan orqanizmində təxminən 4q dəmir var.Dəmirə sutkalıq tələbat kişilər üçün - 10 mq, qadınlar üçün – 18 mq-dır (hamiləlik zamanı – 38 mq, laktasiya dövründə 33 mq). Hamiləlik zamanı çiftin və dölün dəmirətələbatıkəskin artır, bununla bağlı orqanizmə tələb olunan və daxilə qəbul olan lazımi mikroelementin miqdarı arasında disbalans yaranır. Dəmirə qarşı tələbat daimi artır: I üçaylıqda – 1 mq/sut, II üçaylıqda – 2 mq/sut, III üçaylıqda – 3-5 mq/sut. Əksər qadınların fizioloji hamiləliyin 28-30 həftəsində qanın plazmasının və eritrositlərin həcminin nisbəti qeyri-düzgün artması ilə əlaqədar anemiya yaranır. Hamiləlik zamanı, doğuş və laktasiya dövründə istifadə olunan dəmir ehtiyatlarının bərpası üçün ən azı 2-3 il tələb olunur.

Anemiya zamanı önplana hipoksiyanı bildirən süstlük, yorulma, yuxululuq, başgicəllənmə, dad hissinin təhrif olunması, dəri örtüyünün solğunluğu, dərinin quruluğukimi əlamətlər çıxır. Sonradan toxumalarda dəmirin azlığını bildirən əlamətlər: ağız bucaqlarında çatlar, dilin selikli qişasının hamarlaşması, dırnaqlar üzərində köndələn çatlar, saçların qırılması və tökülməsi, taxikardiya və funksional sistolik küy müşahidə olunur.

DDA ilə müşahidə olunan hamiləliyin əsas ağırlaşmaları: hamiləliyin pozulması təhlükəsi -20-42%; hestoz - 40%; arterial hipotoniya - 40%; ciftin vaxtından tez ayrılması – 25-35%; dölün inkişafının ləngiməsi – 25%; vaxtından əvvəl doğuş – 11-42%. Doğuşlar daha çox qanaxmalarla ağırlaşırlar. Doğuşdan sonrakı dövrdə müxtəlif iltihabi ağırlaşmalar inkişaf edə bilər – 12%. Hətta dəmirin gizli defisiti zamanı qadınların 59%-da hamiləliyin xoşagəlməz gedişatı kimi hamiləliyin pozulması təhlükəsi və hestoz müşahidə olunur.

DDA-nın müalicə və profilaktikası. Profilaktikanı və müalicəni dəmir preparatlarının peroral qəbulundan başlamaq lazımdır. Dəmir duzlarını organizmdə dəmir ehtiyatlarının tam bərpasına qədər qəbul etmək lazımdır. Ümumdünya Səhiyyə Təşkilatının standartlarına əsasən sorulmanı yaxşılaşdırmaq üçün dəmiri C vitamini ilə birgə qəbul edirlər. Bətndaxili sinir borusunun defektlərinin yaranmasının qarşısının alınması üçün fol turşusununqəbulu tövsiyə edilir. B12 vitamini isə DDA-nın profilaktikasına lazım olan eritropoezi stimulə edir.

Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir.


17 Okt 2019
Səhiyyə - Sağlamlıq

Bu 5 amil süd vəzisi xərçəngini yaradır

Rusiya həkimləri süd vəzisi xərçənginin inkişafına təsir edən 5 amili açıqlayıblar.

16 Okt 2019
Səhiyyə - Sağlamlıq

Azərbaycanda doğuşu ağırlaşdıran əsas xəstəliklərin adları açıqlanıb

Azərbaycanda keçən il hamiləliyi başa çatmış qadınların təxminən hər dördündən biri anemiyadan (qan azlığından) əziyyət çəkib.

14 Okt 2019
Səhiyyə - Sağlamlıq

Kişilərin sağlamlığı haqqında heç yerdə oxumadığınız 10 FAKT

Kişi və qadın orqanizmi xeyli fərqlənir və bu tək cinsiyyət sisteminə aid deyil. Adətən insanlar belə hesab edir ki, kişi orqanizmi daha möhkəmdir.