İraqda etirazlar: 16 ölü, 650 yaralı

İraqda etirazlar: 16 ölü, 650 yaralı
03 Okt 2019 15:21

İraqın paytaxtı Bağdadda davam edən etiraz aksiyaları zamanı azı 16 nəfər həlak olub.

Realpress.az Trend-ə istinadən xəbər verir ki, aksiyanı dağıtmaq üçün polis etirazçılara atəş açıb.

Etiraz aksiyaları Bağdad və ətraf şəhərlərdə bir neçə gündür ki, davam edir.

Etirazlar zamanı daha 650 nəfər xəsarət alıb. Aksiyalar digər şəhərlərdə də qeydə alınıb.

Bağdadda komendant saatı elan olunub.

Şəhərdə "Facebook", "WhatsApp", "Twitter" və digər sosial şəbəkələrə giriş bağlanıb.

Etirazçılar sosial problemlərin həllini tələb edirlər.


15 Okt 2019
Dünya

Ərəblər Putini belə qarşıladılar - VİDEO

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Rusiya prezidenti Vladimir Putinin kortejini müşayiət edən "Mercedes" markalı avtomobillərin üzərində "DPS" ("Dorojno-patrulnaya slujba") "YPX" yazısı olub. 

15 Okt 2019
Dünya

ABŞ Türkiyədəki bazasından 50 nüvə silahını çıxarmaq istəyir

ABŞ Türkiyədəki bazasından 50 nüvə silahını çıxarmaq istəyir

15 Okt 2019
Dünya

Tramp Suriyaya görə Ərdoğana zəng etdi

ABŞ Prezidenti Donald Trampla türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında növbəti telefon danışığı olub.