İnsan orqanizminin ən çətin həzm etdiyi ət növləri qaz, ördək, həmçinin, quzu və donuz ətidir.
Lenta.ru xəbər verir ki, bununla bağlı dietoloq Marina Vaulina danışıb.
Mütəxəssisin fikrincə, burada ət məhsullarının bişirilməsi üsulu da böyük əhəmiyyətə malikdir. O, buxarda, pəhriz üsulunda və tərəvəzlərlə bişirlən ətin daha yaxşı həzm olunduğunu bildirib.
Mütəxəssis yemək rasionuna toyuq, hinduşka və dovşan ətinin əlavə edilməsini məsləhət görüb. Vaulina, həmçinin, əti bişirərkən əlavə olunan müxtəlif növ duzlu ədviyyatları qatıq, soya sousu və limonla əvəzləməyi təklif edib.
Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.
Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.
Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.