“Siz hansı dinə qulluq edirsiniz?” — Maşın-dan uzaqlaşdırılan KƏRİM

“Siz hansı dinə qulluq edirsiniz?” — Maşın-dan uzaqlaşdırılan KƏRİM
03 Okt 2019 14:31

“Maşın” realiti şousunun birinci günü qalmaqalları ilə yadda qalıb.

Realpress.az xəbər verir ki, dünən baş tutan buraxılışda müğənni Kərim Abbasov oyundan uzaqlaşdırılıb.

Oyundan sonra Kərim həmkarları haqqında bunları deyib:

“Quyu qazmaqlarına baxıb, şoka düşürəm. İnsanların neçə siması olar, hansı dinə quluq edirsiniz? Ümumiyyətlə, çalışın bir üzünüz olsun, amma çətin, mən gördüyümü gördüm”.

Xatırladaq ki, dünənin səsvermə nəticəsi olaraq, aşıq Namiq Fərhadoğlu tribunaya çıxıb. O, tamaşaçıların səs çoxluğunu toplayaraq Kərimi oyundan uzaqlaşdırıb.

Bundan başqa Kərim canlı efir zamanı, həmkarı müğənni Nazim Pişiyarı ilə də söz savaşına çıxıb.

Qeyd edək ki, “Maşın”da meyxanaçı Aqşın Fateh, Ayan Babakişiyeva, aparıcı Kəmalə Piriyeva, xalq artisti Bilal Əliyev, aşıq Namiq Fərhadoğlu, Türkan Vəlizadə, aparıcı Suna Kasımoğlu, Nazim Pişiyarı, repçi Qurd, Niyam Salami, Ramal İsrafilov, Aysun İsmayılova, əməkdar artist Fatma Mahmudova, aparıcı Zümrüd Qasımova, Fuad Musayev, aparıcı Lalə Mustafayeva, aktyor Məcid Hüseynov mübarizəni davam etdirir.


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.