ANEMİYA ORQANİZMDƏ HANSI PROBLEMLƏRƏ YOL AÇIR.

ANEMİYA ORQANİZMDƏ HANSI PROBLEMLƏRƏ YOL AÇIR.
02 Okt 2019 17:30

ANEMİYA ORQANİZMDƏ HANSI PROBLEMLƏRƏ YOL AÇIR.

Realpress.az Aptekonline.az-a istinadla bildirir ki, anemiya çox geniş yayılmış xəstəlikdir. Dünyada 1 milyarddan artıq insan anemiyadan əziyyət çəkir. Kişilərə nisbətən qadınlar və uşaqlarda anemiya daha çox rast gəlinir.

Anemiya qırmızı qan hüceyrələrinin (eritrositlərin) və ya hemoqlobinin azalmasına deyilir. Müxtəlif xəstə qruplarının yaşı və cinsindən asılı olaraq hemoqlobin və eritrositlərin norma göstəriciləri fərqlidir. Oksigen daşıyıcısı olan hemoqlobinin və ya eritrositlərin orqanizmdə miqdarının azalması orqan və toxumaların oksigenlə təchiz olunmasında problemlər yaradır. 

Anemiyanın əsas səbəbləri. Anemiyanın əsas səbəblərindən biri hemoqlobinin tərkibinə daxil olan dəmirin çatışmazlığıdır. В12, В6 və В9 vitaminlərin defisiti də anemiya ilə nəticələnə bilər. Pəhriz, həzm sistemi tərəfindən dəmirin və vitaminlərin sorulmasının pozulması, qastrit, mədə-bağırsaq traktında xoralar və xərçəngin olması, hamiləlik, müxtəlif qanitirmələr də anemiyaya səbəb ola bilər. Həmçinin, böyrək problemləri və müxtəlif xroniki xəstəliklər zamanı eritropoetinin miqdarı azalır və bunun nəticəsi olaraq eritrositlərin də miqdarı aşağı düşür. Tünd qəhvə və çay çox içən insanlarda  dəmirin orqanizmə daxil olmasının qarşısı alınır. Uşaqlarda anemiya hamiləlik və doğuş problemləri zamanı, alımentar faktor, intensiv inkişaf və böyümə dövründə dəmirə olan tələbatın artması nəticəsində yaranır. Anemiya riski olan xəstə qruplarında profilaktik tədbirlərin görülməməsi anemiyanın yaranma səbəblərindəndir.

Dəmir defisitli anemiyanın əlamətləri: dərinin quruluğu, solğun olması, dırnaqların tez sınması, formasının dəyişməsi, saçların qırılması və gec uzanması, daim yorğunluq hissi, asteniya, dadbilmənin pozulması, müəyyən qoxulara meyillik, fiziki yüklənməyə davamiyyətin azalması. Anemiya immunitetlə bağlı problemlərə səbəb olur, uşaqlarda isə fiziki və zehni inkişafı ləngidir.

Anemiyanın başqa növləri də vardır: hemolitik anemiya – qırmızı qan hüceyrələrinin tez parçalanması ilə bağlıdır, oraq hüceyrəli anemiya – orqanizmdə anomal hemoqlobinin sintez olması ilə əlaqədar.

Anemiya zamanı qidalanma. Anemiya diaqnozu qanın laborator müayinələri əsasında qoyulur. Anemiyanın müalicəsi zamanı əsasən orqanizmdə dəmirin miqdarının normallaşdırılması diqqət mərkəzində olmalıdır. Anemiya zamanı düzgün qidalanma müalicəyə dəstək olur. Anemiyalı xəstələr qida rasionuna çoxlu yaşıl tərəvəzlər, salatlar, dənli məhsullar, ət əlavə etməlidir. Dəmir və vitaminlərin ehtiyatını orqanizmdə artırmaq, bununla da anemiyanı aradan qaldırmaq üçün tərkibi dəmir və vitaminlərlə zəngin olan qida əlavələrindən istifadə etmək faydalıdır.

Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir.


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.