Dünya İqtisadi Forumu biznesin aparılması üçün əsas riskləri açıqlayıb

Dünya İqtisadi Forumu biznesin aparılması üçün əsas riskləri açıqlayıb
02 Okt 2019 13:00

Mümkün maliyyə böhranı bütün dünyada biznesin aparılması üçün ən böyük riskdir. Bu barədə Dünya İqtisadi Forumunun (DİF) biznes rəhbərləri arasında keçirdiyi sorğunun nəticələrində deyilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Vestifinance” resursuna istinadən yazır ki, biznes liderlərinin fikrincə, mümkün maliyyə böhranları yaxın 10 il üçün ən böyük risk mənbəyidir.
 
Bundan başqa, əsas risklər sırasına kiberhücumlar və işsizlik və ya natamam məşğulluq daxildir.
 
133 ölkənin 12,897 min biznes lideri arasında aparılan sorğu DİF tərəfindən Davosda yanvar forumu ərəfəsində dərc edilən qlobal rəqabətqabiliyyətlilik haqqında hesabatın tərkib hissəsini təşkil edir.
 
Bildirilir ki, kiberhücumlar sürətli inkişafına və dağıdıcı potensialına görə ən böyük risk olaraq qalır.
 
Həmçinin kiberhücumlar Şimali Amerika və Avropada ən böyük risk hesab edilir.
 
Ekoloji risklər su böhranlarının qeydə alındığı Cənubi Asiyada və təbii fəlakətlərin baş verdiyi Şərqi Asiya və Sakit okean regionunda daha çox narahatlıq doğurur.
 
Almaniyanın “Munich Re” sığorta şirkətinin məlumatına görə, 2018-ci ildə dünyada baş verən təbii fəlakətlər 160 milyard dollar məbləğində iqtisadi ziyan vurub. Bu göstərici bir sıra dağıdıcı tufanların qeydə alındığı 2017-ci ildə 350 milyard dollar təşkil edib. Son 30 ildə inflyasiyaya edilən düzəlişlə orta göstərici 140 milyard dollara bərabər olub.

Realpress.az


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.