UŞAQLARDA ANEMİYANIN ARADAN QALDIRILMASININ TƏBİİ YOLLARI.

UŞAQLARDA ANEMİYANIN ARADAN QALDIRILMASININ TƏBİİ YOLLARI.
02 Okt 2019 12:38

UŞAQLARDA ANEMİYANIN ARADAN QALDIRILMASININ TƏBİİ YOLLARI.

Realpress.az Aptekonline.az-a istinadla bildirir ki, Anemiya və ya qanda hemoqlobinin səviyyəsinin azalması – müstəqil xəstəlik hesab edilməyən, tez-tez rast gəlinən simptomdur. Bütün dünyada təxminən 2 milyarda yaxın insan anemiyadan əziyyət çəkir. Bu simptom uşaqlarda daha çox müşahidə olunur. Uşaqlarda hemoqlobinin normal səviyyəsi böyüklərin göstəricilərindən fərqlənir. Həyatın ilk günlərində körpələrdə hemoqlobinin səviyyəsi 180-240 q/l, 6 aya qədər uşaqlarda 115-175 q/l, 6 aydan 5 yaşa qədər uşaqlarda 110-140 q/l, 5 yaşdan 12 yaşa qədər uşaqlarda 110-145 q/l, 12 yaşdan 15 yaşa qədər uşaqlarda 115-150 q/l təşkil edir.

Uşaqlarda anemiyanın səbəbləri. Çox zaman aparılan analizlər uşaqlarda dəmir defisitli anemiyanın olmasını göstərir. Bu patologiyanın geniş yayılmasının əsas səbəbi, uşaqlarda qan yaranma mexanizmlərinin hələ tam formalaşmamasıdır və buna hətta çox zaman əhəmiyyətsiz hesab etdiyimiz faktorlar təsir göstərə bilər. Uşaqlarda anemiyanın digər bir səbəbi - sürətli böyümədir ki, bu zaman orqanizmə çoxlu miqdarda qida maddələri tələb olunur. Dəmir defisitli anemiya heçdə təhlükəsiz deyil. Bu patologiyadan əziyyət çəkən uşaqlarda immunitetin zəifləməsi, iştahasızlıq qeyd olunur ki, bu da tez-tez xəstələnmələrə gətirib çıxarır. Bu cür uşaqlar az hərəkətli olub, çəkini ləng artırırlar. Bundan əlavə, dəmir defisitli anemiya zamanı uşaqlar əsəbi və ağlağan olurlar.

Anemiyanın əsas əlamətləri Anemiyanı dəqiq şəkildə təyin etmək üçün, həkimlə məsləhətləşmək və qan analizi vermək lazımdır. Lakin dəmir defisitinin olmasını təxmin edən əlamətlərdə mövcuddur. Anemiya zamanı dəri solğun və quru olur, dırnaqlar və saçlar zəif, qırılmış olur, ağız kənarlarında sağalmayan yaralar meydana gəlir. Dəmir defisiti immunitetin zəifləməsinə səbəb olduğundan dəmir defisitli anemiyası olan uşaqlar tez-tez xəstələnir və mədə-bağırsaq infeksiyalarına tutulurlar. Əzginlik, yuxululuq, ağlağanlıq, əsəbilik, tez yorulma uşaqlarda anemiyanın tipik əlamətləridir. Dəmir defisitli anemiya uşaqlarda həzm sisteminin fəaliyyətinə də təsir göstərir. Belə ki, dəmirin çatışmazlığı ürəkbulanma, qusma, ishal və ya qəbizlik və iştahanın azalması ilə müşahidə oluna bilər. Bəzi valideynlər qeyd edir ki, dəmir defisitli anemiya zamanı uşaqlar bəzən kirəc, təbaşir və torpaq yeməyə cəhd edirlər.

Anemiya zamanı pəhriz. Həm kiçik uşaqlarda, həm də məktəblilərdə anemiyanın müalicəsi kompleks şəklində olmalıdır. Bunun ən vacib hissəsi - pəhriz və gündəlik rasiona yenidən baxılmasıdır. Uşağın gününü elə təşkil etmək lazımdır ki, o təmiz havada daha çox vaxt keçirsin, hərəkətli oyunlar oynasın - bu zaman orta ağırlıqlı məşqlər çox vacibdir, belə ki, bu məşqlər toxumaların oksigenlə təchizatını yaxşılaşdırır. Bununla yanaşı uşağın eyni vaxtda yatıb qalxmasını təmin etmək lazımdır. Çünki, yuxu çatışmazlığı anemiyası olan uşaqların əhval-ruhiyyəsinə pis təsir göstərir.

Anemiya zamanı pəhriz dəmirlə zəngin qida maddələrindən ibarət olmalıdır. Bu qidalara qırmızı ət, lobya, noxud, qarğıdalı, yumurta, kakao, göbələk, alma, nar, cuğundur, quru meyvələr (ərik, gavalı) və s. daxildir. Həmçinin qida rasionunun tərkibində C (bolqar bibəri, sitrus meyvələri, itburnu, qara qarağat, kivi) və B12 (balıq, dəniz məhsulları, qaraciyər, yaşıl yarpaqlı tərəvəzlər) vitaminləri olan qidalarla zənginləşdirmək lazımdır. Bu vitaminlər olmadan dəmir sorulmur. Bəzən vitamin kompleksləri və bioloji fəallığa malik qida əlavələri qəbul etmək daha məsləhətdir.Yuxarıda sadalanan bütün tədbirlər dəmir defisitli anemiyanın profilaktika və kompleks müalicəsinə aiddir. Lakin ciddi dəmir defisitli anemiya zamanı həkimə müraciət etmək və dəqiq dozalanmış dəmir preparatları qəbul etmək lazımdır.

Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir.


13 Dek 2019
Səhiyyə - Sağlamlıq

Qulaq ağrısı zamanı həm müalicə, həm də profilaktika

Dəyişkən hava şəraiti zamanı, çöldə hava soyuq olduqda, evlərdə, ofis və məişət yerlərində isitmə sistemləri və ya kondisionerlər qoşulur. Havanın temperaturunun dəyişkən olması, soyuqlama təhlükəsi olan insanları qalın geyinməyə, bəzilərinin özlərini "bürümələrinə" vadar edir. Bu isə müqavimətin zəifləməsinə gətirib çixardır.

12 Dek 2019
Səhiyyə - Sağlamlıq

Burun tənəffüsünün pozulması niyə təhlükəlidir? - FOTO

"Ağızla nəfəs almaq - burunla yemək kimi bir şeydir" - qədim atalar sözüdür.

10 Dek 2019
Səhiyyə - Sağlamlıq

Baş ağrıları haqqında ən vacib məlumatlar – VİDEO

Baş ağrıları kariesdən sonra insanlar arasında ən yayılmış xəstəlik sayılır.

9 Dek 2019
Səhiyyə - Sağlamlıq

Acqarına su içməyin sağlamlığa 10 faydası

İnsan orqanizmi 80% qədər mayedən ibarətdir. Orqanizmdə gedən bütün proseslər məhz maye mühitində baş verir, maye orqanizmin hər hüceyrəsinə daxildir, qan və limfanın əsas hissəsi mayedir.