SAĞLAMLIĞIMIZI QORUMAQ ÜÇÜN NƏ QƏDƏR MEYVƏ-TƏRƏVƏZƏ EHTİYACIMIZ VAR?

SAĞLAMLIĞIMIZI QORUMAQ ÜÇÜN NƏ QƏDƏR MEYVƏ-TƏRƏVƏZƏ EHTİYACIMIZ VAR?
02 Okt 2019 10:37

SAĞLAMLIĞIMIZI QORUMAQ ÜÇÜN NƏ QƏDƏR MEYVƏ-TƏRƏVƏZƏ EHTİYACIMIZ VAR?

Realpress.az Aptekonline.az-a istinadla bildirir ki,arıqlamaq üçün pəhriz saxlayanlar gündəlik qəbul etdikləri qidalarda olan kaloriyə çox diqqət edirlər. Pəhriz saxlayanlar arasında meyvə və tərəvəzdən imtina edənlərin sayı çoxdur. Bu isə vitamin və mineral çatışmazlığına səbəb olur. Amma vitamin-mineral çatışmazlığına adi qaydada qidalananlar arasında da rast gəlinir. 

Vitamin-mineral çatışmazlığının əsas səbəbləri. Bunun səbəbi müxtəlifdir: gündəlik enerjı itkisi normadan çox olması, tütünçəkmə kimi zərərli vərdişlər, qeyri mükəmməl qida texnologiyaları (buğdadan çörək hazırlayana qədər B qrupu vitaminlərinin 80-90% parçalanır), ətraf mühitin çirklənməsi (antioksidant kimi vitaminlərə və minerallara təlabat artır) və s.  Hətta bəzi mədə-bağırsaq xəstəlikləri də (qastrit, enterit) orqanizmdə vitamin-mineral çatışmazlığına səbəb ola bilir. Elə dərman preparatları var ki, uzun müddət qəbul olduqda orqanizmdə bəzi vitaminlərin miqdarını azalır. Məsələn: kontraseptivlər (hamiləlikdən qorunmaq üçün istifadə olunan tabletlər), izoniazid, sulfanilamidlər, antibiotiklərin uzun müddət qəbulu B6 vitamininin orqanizmdə azalmasına gətirib çıxara bilər. Əhali arasında vitaminlərdən ən çox A, C, E, B1, B2 və fol turşusunun, minerallardan isə sink, selen, yod, kalsium və dəmirin çatışmazlığı rast gəlinir.

Vitamin-mineral çatışmazlığının bəzi əlamətləri. Vitamin-mineral çatışmazlığının ən çox rast gəlinən əlamətlərinə aiddirlər:

A vitamini – dəri səpkiləri, qadınlarda uşaqlıq yolunun quruluğu və s.

B qrupu vitaminləri – tez yorulma, əsəbilik, yuxusuzluq, ağız bucağında çatlar və s.

C vitamini – tez-tez xəstələnmə, dəri və saç quruluğu, diş əti qanaxmaları və s.

Sink – əsasən dəri problemləri, dırnaq kövrəkliyi, qoxu bilmənin itməsi və s.

Dəmir – dəri rənginin avazıması, baş gicəllənmə, ürəkdöyünmə və s.

Yod – menstural pozğunluq, immunitetin zəifləməsı və s.

Vitamin-mineral çatışmazlığının aradan qaldırılma yolları. Orqanizmdə vitamin-mineral balansı bərpa etmək üçün qidada meyvə və tərəvəzlərə üstünlük verilməlidir. Hesab olunur ki, gundə 400-500 qr meyvə və tərəvəz qəbul olunmalıdır. Ancaq 2 dəfə artıq yemək daha faydalıdır. Meyvə-tərəvəz  az olan fəsillərdə və ya az qidalanan şəxslər (pəhriz saxlama zamanı) apteklərdən tərkibi vitamin və mineraldan ibarət olan kapsul və ya tablet alıb qəbul edə bilərlər.

Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir.

Realpress.az


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.