QRİPƏ YANAŞMA.

QRİPƏ YANAŞMA.
01 Okt 2019 15:22

QRİPƏ YANAŞMA.

Realpress.az Aptekonline.az-a istinadla bildirir ki,qrip, qrip virusunun yaratdığı kəskin tənəffüs yolu infeksiyasıdır. Kəskin Respirator Virus İnfeksiyaları (KRVİ) qrupuna daxildir. Vaxtaşırı epidemiya və pandemiya şəklində yayılır. Əksər insanlarda qrip simptomları bir həftə ərzində tibbi yardım olmadan yox olur. Buna baxmayaraq qrip, insanlarda ciddi xəstəliklərə və ölümə səbəb ola bilər. İnfeksiya mənbəyi öskürmə və ya asqırma ilə virus ifraz edən xəstədir. İnsan xəstəliyin ilk saatlarından beşinci və ya yeddinci gününə qədər yoluxdurucu hesab olunur. Yüksək risk qruplarına uşaqlar, yaşlı insanlar, hamilə qadınlar, xroniki ürək xəstəlikləri olan şəxslər, aid edilir.

Qripin əsas klinik əlamətləri: Yuxarı tənəffüs yollarının qıcıqlanması: ağır öskürək; Temperatur, titrəmə, mialgiya (əzələ ağrısı) və baş ağrısı; Artan damar keçiriciliyinin artması və kapilyarların zədələnməsi əlamətləri: stazis və qanaxma. Bundan əlavə virus bədənin müdafiə sistemlərini zəiflədir, bu da ikincili infeksiyanın qoşulmasına və ağırlaşmala səbəb olur. Xəstəliyin ağırlaşma tezliyi nisbətən azdır, lakin inkişaf edərsə, xəstənin sağlamlığı üçün əhəmiyyətli dərəcədə təhlükə yarada bilər. Qripin orta-ağır, ağır və toksik formaları ciddi fəsadlara səbəb ola bilər.

Qripin əsas ağırlaşmaları: Bakterial sətəlcəm, hemorragik pnevmoniya, ağciyər absesinin əmələ gəlməsi, empiemanın meydana gəlməsi, kəskin tənəffüs çətinliyi sindromu, rinit, sinusit, otit, traxeit, ensefalit, meningit, nevrit, qaraciyərin zədələnməsi Reye sindromu, miokardit, zəhərli-allergik şok.

Qripin profilaktika yolları. Əksər hallarda qrip infeksiyası özü sağalır. Qripə qarşı 100% təsirli virusəleyhinə dərman yoxdur. Qripin müalicəsində ən vacib məsələ özünüzə və başqalarına zərər verməməkdir. Xəstə olduqda, yataqda istirahət etmək lazımdır. Ayaqüstdə olmaq qripin ağırlaşmalarına səbəb ola bilər (pnevmoniya, viral miokardit). Yoluxma riski olduğu üçün insanlarla təmasdan çəkinmək lazımdır. Qripin qarşısını almağın ən təsirli yolu peyvəndlənmədir. Qripdən qorunmaq üçün ÜST illik peyvənd etməyi tövsiyə edir, çünki peyvəndin istifadəsindən bir müddət sonra immunitet zəifləyir.

ÜST, aşağıdakı qruplara illik peyvənd etməyi tövsiyə edir: Hamiləliyin istənilən mərhələsində olan qadınlar; 6 aydan 5 yaşa qədər uşaqlar; 65 yaşdan yuxarı insanlar; Xroniki sağlamlıq problemləri olan insanlar; Səhiyyə işçiləri. Peyvənd qripə yoluxma hallarını 2-3 dəfə azaldır və xəstələr, xüsusən də yaşlı insanlar və uşaqlar arasında ölüm hallarının azalması müşahidə olunur.

Yetkinlər şəxslər qripə ciddi xəstəlik kimi yox, müalicə tələb etməyən, xəstəlik kimi baxırlar. Xəstəlik zamanı bir çox insan işə, məktəbə, mağazaya gedir, ictimai nəqliyyatdan istifadə edir və xoşagəlməz simptomları dayandırmaq üçün simptomatik müalicə vasitələrindən istifadə etməyə davam edir. Bu insanlar belə etməklə, başqalarına qarşı məsuliyyətsiz bir münasibət nümayiş etdirir və fəsadların yaranma ehtimalını artıraraq öz sağlamlıqlarını da risk altına qoyurlar. Xəstəlik əlamətləri olduğu zaman ən yaxşı üsul evdə qalmaq, həkimə müraciət etmək və sonra onun tövsiyələrini yerinə yetirməkdir. Qrip müalicəsinə yanaşmalara gəldikdə isə bu yanaşmalar çox genişdir, lakin bəzi nüansları nəzərə almaq lazımdır. Qripin müalicəsi hərtərəfli olmalıdır. Müalicə üçün həkim və xəstənin üç vəzifəsi var: virusu məhv etmək, immun sisteminin infeksiya ilə mübarizəsinə kömək etmək, xəstəliyin ağır təzahürlərini zəiflətmək. Bunlara həm müxtəlif dərman qruplarından olan preparatlardan, həm də Xalq təbabəti reseptlərindən istifadə etməklə nail ola bilərsiniz.

Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir.


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.