Çilidə dünyanın ən böyük optik teleskopu tikilir

Çilidə dünyanın ən böyük optik teleskopu tikilir
30 Sent 2019 16:38

Mühəndislər və inşaatçılar 2800 tonluq günbəz "E-ELT" optik teleskopunu tikməyə başlayıblar. Gələn onilliyin ortalarında istifadəyə veriləcəyi nəzərdə tutulan "E-ELT" dünyanın ən böyük optik teleskopu olacaq. Bu haqda Avropa Cənub Rəsədxanasının (ESO) mətbuat xidməti məlumat verib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "nauka.tass.ru" saytına istinadən yazır ki, ESO-nun qiymətləndirməsinə görə, optik teleskopun ümumi dəyəri 1 milyard avronu ötəcək. Bu məbləğin böyük hissəsi avadanlığın hazırlanması və rəsədxana binasının tikintisinə xərclənəcək. Teleskopun ən bahalı və mürəkkəb komponenti diametri təxminən 39 metr təşkil edəcək böyük güzgüdür. Bu güzgü 1,4 metr ölçüsündə 798 altıbucaqlı seqmentdən yığılacaq.
 
Bu nəhəng güzgü E-ELT-yə Günəş sistemindən kənarda olan planetlərin, digər qalaktikadakı ulduzların ilk detallı şəkillərini əldə etməyə, Yer kürəsinin oxşarını axtarıb tapmağa kömək edəcək.

Realpress.az


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.