Təzyiq necə ölçülməlidir? - VACİB QAYDALAR

Təzyiq necə ölçülməlidir? - VACİB QAYDALAR
30 Sent 2019 16:13

Arterial təzyiqi ölçməyi təkcə tibb işçiləri deyil, hər kəs bilməlidir. Günümüzdə bunu bilənlər çoxdur.

Amma düzgün qaydada ölçməyi bilənlər azdır.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi arterial təzyiqin düzgün ölçülmə qaydasını açıqlayıb.

 

E-tibb.az həmin qaydanı təqdim edir:  

- Xəstə sakit vəziyyətdə belini oturacağa söykəyib oturduqdan sonra arterial təzyiq ölçülməlidir.

- Arterial təzyiq qida, dərman preparatları qəbul edilməzdən əvvəl və fiziki fəaliyyətdən əvvəl ölçülməlidir.

- Təzyiq ölçən zaman kəskin hərəkət etmək və danışmaq olmaz.

- Tonometrin manjet hissəsi dirsəkdən 1,5-2 santimetr yuxarı olmaqla, bazu nahiyəsinə ürək səviyyəsində bağlanmalıdır.

- Təkrar təzyiq ölçmə proseduru 15 dəqiqə fasilə ilə, 2-3 dəfə aparılmalı və nəticələr qeyd olunmalıdır.

Təzyiq ölçülən zaman bunları edin:

- Əyləşin və belinizi düz saxlayın.  

- Qolunuzu qalın və dar geyimdən azad edin. Geyimin qolu çox dardırsa yuxarıya doğru  çəkmək doğru deyil.

- Qolunuzu masa üzərinə elə formada uzadın ki, tonometrin hündürlüyü ürəyinizlə eyni səviyyədə olsun.

- Oturacağın uzunluğu ilə oturacağın bel nahiyəsinin hündürlüyü 25 sm-dən 30 sm-ə qədər olmalıdır.

Qan təzyiqinin səviyyələri:  

120/80 mm civə sütunu- Optimal qan təzyiqi,

130/85 mm civə sütunu - Normal qan təzyiqi

139/89 mm civə sütunu - Yüksək/normal qan təzyiqi

140/89 mm civə sütunundan başlayaraq arterial hipertenziya diaqnozu qoyula bilər.

Realpress.az

28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.