Heydər Əliyev Mərkəzində "Natiq" ritm qrupunun konserti olacaq - VİDEO

Heydər Əliyev Mərkəzində "Natiq" ritm qrupunun konserti olacaq - VİDEO
30 Sent 2019 13:07

Noyabrın 10-da Heydər Əliyev Mərkəzində Xalq artisti Natiq Şirinovun rəhbərlik etdiyi "Natiq" ritm qrupunun konserti keçiriləcək.

Realpress.az Trend-ə istinadən xəbər verir ki, qrup "Qaytağı", "Qaval rəqsi", "Bir qəlbdə iki ruh" və tamaşaçı rəğbəti qazanmış digər kompozisiyaları ilə yanaşı, məhz bu konsert üçün hazırladığı yeni nömrələr də ifa edəcək.

Azərbaycanın qədim milli zərb aləti olan nağaranı tanıtmaq, təkmilləşdirmək və yeni ritmlər qurmaq məqsədilə 2001-ci ildə "Natiq" ritm qrupu yaradılıb. Natiq Şirinov qrup rəhbəri olmaqla yanaşı, pedaqoq və ritm bəstəkarı kimi fəaliyyət göstərməyə başlayıb.

2007-ci ildə Əməkdar artist, 2018-ci ildə Xalq artisti fəxri adı ilə təltif olunub.

2011-ci ildə Koreyada Dünya Ritm yarışmasında "Dünya Qran Prisi"ni qazanıb.

2012-ci ildə "Eurovision", 2015-ci ildə I Avropa Oyunları, 2016-cı ildə "Formula 1", 2017-ci ildə IV İslam Həmrəylik Oyunlarının açılış mərasimlərində çıxış edib.

Qrup ABŞ, Almaniya, Avstiya, BƏƏ, Çin, Fransa, İran, İsveçrə, İtaliya, Koreya, Mərakeş, Norveç, Polşa, Rusiya, Türkiyə, Tayvan və digər ölkələrdə konsertlər verib, müxtəlif tədbirlərdə, festivallarda iştirak edib.

Natiq Şirinov dünyanın bir çox məşhurları - Ruslana, Rihanna, Sami Yusuf, Stiven Siqal və s. ilə birgə çıxışlar edib.


20 Okt 2019
Mədəniyyət

Heydər Əliyev Mərkəzinin parkında təşkil olunan möhtəşəm estrada konserti davam edir

Heydər Əliyev Mərkəzinin parkında təşkil olunan möhtəşəm estrada konserti davam edir - FOTO

17 Okt 2019
Mədəniyyət

Muğam mərkəzində pulsuz konsert olacaq - Sara Qədimovaya həsr edilir

Beynəlxalq Muğam Mərkəzinin "Unudulmayanlar" layihəsinin növbəti tədbiri Xalq artisti, xanəndə Sara Qədimovaya həsr olunacaq.

16 Okt 2019
Mədəniyyət

Müstəqillik Günü münasibətilə Heydər Əliyev Mərkəzinin parkında konsert olacaq

Oktyabrın 20-də Heydər Əliyev Mərkəzinin parkında Azərbaycan estrada ulduzlarının iştirakı ilə konsert təşkil olunacaq.