Mütəxəssislər hər zaman vurğulayır ki, düzgün və faydalı qidalanmaqla insan özünü bir çox xəstəliklərdən qoruya bilər.
Bir çox adi qida məhsullarını həm də təbii dərmanlar adlandırmaq olar. Bu xüsusilə meyvə və tərəvəzlərə, süd məhsullarına, paxlalılara, taxıl bitkilərinə aiddir.
Saglamolun.az Rusiya KİV-lərinə istinadla xəbər verir ki, qida mütəxəssislərinin müşahidələrinə görə, bəzi tərəvəzlər böyrəkləri çox yaxşı təmizləyir və xəstəliklərdən qoruyur. Bu ilk növbədə kələmə aiddir. Kələmin tərkibində olan fitokimyəvi maddələr orqanizmi toksin və digər ziyanlı maddələrdən təmizləyir və bununla da böyrəklərin işini asanlaşdırır.
Digər böyrəklər üçün faydalı olan tərəvəz qulançardır. Qulançar həm orqanizmi təmizləyir, həm də A və C vitaminləri ilə təmin edir.
Flavonoidlər və kversetinlə zəngin olan soğan (xüsusilə qırmızı soğan) böyrəklərdən ziyanlı maddələri xaric etməyə yardım edir.
Bundan əlavə mütəxəssislər böyrəklər üçün ən ziyanlı məhsulları da sadalayıb: fast-fud, şirniyyatlar və spirtli içkilər.
Realpress.az
Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.
Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.
İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.
24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.
Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.