Zori Balayanın nəvəsi Paşinyanın oğlunu döydü

Zori Balayanın nəvəsi Paşinyanın oğlunu döydü
24 Sent 2019 15:20


Ermənistanın Baş naziri Nikol Paşinyanın hərbi xidmətdə olan oğlu Aşot Paşinyan əsgər yoldaşları tərəfindən döyüldükdən sonra Yerevana aparılıb.

“Hraparak” nəşrinin məlumatına görə, A.Paşinyanın döyülməsinə səbəb zabitlərə və əsgərlərə irad tutması, onlar barədə komandanlığa “donos” ötürməsi olub.

Bu isə A.Paşinyanın hərbi xidmət yoldaşları arasında kəskin narazılığa səbəb olub və onlar Baş nazirin oğlunu döyüblər.

Məlumatda qeyd olunub ki, A.Paşinyanı döyənlərdən biri də erməni millətçiliyinin ideoloqlarından biri olan Zori Balayanın nəvəsidir.

Nəşr Zori Balayanla əlaqə saxlayıb. O bildirib ki, həqiqətən də, nəvəsi və Baş nazirin oğlu eyni hərbi hissədə xidmət edirlər.

Z.Balayan nəvəsi ilə A.Paşinyan arasında münaqişənin olması barədə suala cavabdan isə yayınaraq qeyd edib:

“Nəvəm 16 gündür xəstəxanadadır. Mən daim onun yanına gedirəm. Əvvəllər poliklinikalarda olub. Hadisə baş versəydi, yarım il əvvəl olardı, amma indi nəvəm xəstəxanadadır”.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan məlumatı təkzib etməyə çalışıb.

O, nəşri hər şeyi baş-ayaq təqdim edərək insan taleyi ilə oynamaqda təqsirləndirib:

“Qardaşlarınızdan və ya köhnə dostlarınızdan soruşun. Onlar orduda bu cür söhbətlərin bütün kollektivlər və qurumlar üçün xarakterik olduğunu təsdiqləyəcəklər. Əsgərliyə təzə başlayanların hamısının uyğunlaşma problemləri və vaxtları olur. Amma komandanlığın səriştəli işi sayəsində problemlər yoluna qoyulur”.

Xatırladaq ki, A.Paşinyan Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində xidmət edir.


16 Sent 2023
Hərbi

Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edildi - FOTO

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.

2 Sent 2023
Hərbi

Ordumuz Ermənistan silahlı qüvvələrinə məxsus PUA-ların idarəetmə stansiyasını məhv edib

Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.

14 İyun 2023
Hərbi

Ermənilər Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutdular: Cavab tədbirləri görülür

İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

12 Apr 2023
Hərbi

Ermənilərin itkilərinin sayı AÇIQLANDI

Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində 4 hərbçisinin həlak olması, 6 hərbçisinin isə yaralanması barədə məlumat yayıb.

31 Yan 2023
Hərbi

Azərbaycan Ordusunun tankları Türkiyədə keçirilən təlimlərdə manevrlər edib

Türkiyə və Azərbaycanın zirehli bölmələri Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində manevr imkanları yoxlanılıb. Manevrlərdən əvvəl tanklara texniki qulluq və nəzarət həyata keçirib.