İki güləşçimiz dünya çempionatının finalına vəsiqə qazandı - YENİLƏNİB

İki güləşçimiz dünya çempionatının finalına vəsiqə qazandı - YENİLƏNİB
21 Sent 2019 19:33


Sərbəst güləşçimiz Cəbrayıl Həsənov (79 kq) slovakiyalı Taymuraz Salkazanova qalib gələrək dünya çempionatının finalına yüksəlib. Qızıl medal uğrunda görüşdə təmsilçimizin rəqibi ABŞ idmançısı Kayl Deyk olacaq.

Olimpiya çempionumuz Şərif Şərifov (97 kq) da finala vəsiqə qazanıb. Güləşçimiz yarımfinalda ABŞ təmsilçisi Karl Sneyderi məğlub edərək həlledici görüşə yüksəlib. Dünya çempionluğu uğrunda görüşdə Ş.Şərifov rusiyalı Abdulraşid Sadulaev ilə üz-üzə gələcək.

Final görüşləri sentyabrın 22-də keçiriləcək.

14:00

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatı sona yaxınlaşır.

realpress.az xəbər verir ki, səkkizinci yarış günündə sərbəst güləş üzrə 61, 79, 86 və 97 kq-da mübarizəyə start verilib.

Mübarizəyə 1/8 finaldan qoşulan Əhmədnəbi Qvarzatilov (-61 kq) sensasiyaya imza ataraq kubalı dünya çempionuna 7:0 hesabı ilə qalib gəlib və 1/4 finala yüksəlib. İranlı pəhləvanla qarşılaşma dramatik keçib. Qarşılıqlı xalların olduğu görüşdə rəqib sevinən tərəf olub – 13:12.

Cəbrayıl Həsənov (-79 kq) da mundiala 1/8 finaldan start verib. Yığmamızın kapitanı Ukrayna güləşçisini 7:0 hesabı ilə yenərək 1/4 finala adlayıb. Bu mərhələdə yerli idmançını da 13:4 hesabı ilə devirən Həsənov yarımfinala vəsiqə qazanıb. Olimpiya mükafatçımız, ötən ilin dünya ikincisi, üçqat Avropa çempionumuzun rəqibi Slovakiyanı təmsil edən Teymuraz Salkazanovdur.

Aleksandr Qostiyev (-86 kq) ilk görüşdə Özbəkistan idmançısına məğlub olub – 1:4.

Şərif Şərifov (-97 kq) təsnifat mərhələsində Koreya güləşçisini 11:4 hesabı ilə üstələyib. Olimpiya, dünya və Avropa çempionumuz Ukrayna güləşçisinə də gücünü göstərərək (4:0) adını 1/4 finala yazdırıb.

Titullu pəhləvanımız ötən il dünya çempionatının 1/4 finalında Aslanbəy Alborova qalib gəlmiş gürcü Elizbar Odikadzeni 6:0 hesabı ilə üstələyərək yarımfinala yüksəlib və bununla da Olimpiadaya lisenziyanı təmin edən ilk sərbəst güləşçimiz olub. Onun yarımfinaldakı rəqibi Olimpiya, ikiqat dünya çempionu olmuş amerikalı Kayl Snayderdir.

Dağıstanlı legionerimiz Şərif Şərifov dünya çempionu olmuş Mariya Stadnikdən sonra Olimpiadaya vəsiqə qazanan ikinci güləşçimiz olub.

Qeyd edək ki, yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 14:45-də başlayacaq və İTV vasitəsilə canlı yayımlanacaq.   


19 Apr 2024
İdman

Azərbaycan həndbol çempionatı: həlledici mərhələdə ilk oyunların təqvimi müəyyənləşib

Kişi həndbolçular arasında Azərbaycan çempionatının həlledici mərhələsində ilk oyunların təqvimi müəyyənləşib.

19 Apr 2024
İdman

Azərbaycan gimnastı Dünya Kubokunun daha bir finalına yüksəlib - YENİLƏNİB + FOTO

Qadınlar arasında idman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Nazənin Teymurova Dohada keçirilən Dünya Kubokunda tir üzərində hərəkətlər proqramında finala yüksəlib.

19 Apr 2024
İdman

Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Vaşinqton şəhərində Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankı Qrupunun keçirdiyi yaz toplantısı çərçivəsində İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyasının 11-ci iclası çərçivəsində ABŞ-nin keçmiş dövlət katibi Con Kerri ilə görüşüb.

19 Apr 2024
İdman

Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda start götürən Avropa çempionatına qələbə ilə başlayıb.